Aqronomluq fakültəsi

Torpaqşünaslıq və aqrokimya

Kafedra müdiri: dos. Arif HÜSEYNOV

Ünvan:  Gəncə şəhəri, Özan küçəsi, 208

Tel. (+994 22) 256 91 00

E-mail: agronomy@adau.edu.az

     1940-cı ildə professor D.V.İvanovun uzun illər rəhbərlik etdiyi „Aqrokim­ya” kafedrası Torpaqşünaslıq kafedrası ilə birləşdirilmiş və həmin ildən 1960-cı ilə qədər kafedranın rəhbəri dosent Ə.V.Şəfibəyov olmuşdur. Bu kafedrada prof. H.R.Xəlilov, dos. Z.İ.Süleymanov, dos. B.İ.Bayramov, prof. T.Ə.Əliyev, dos. R.Y.Məm­mə­dov, Y.Ə.Cəfərov, və bir çoxları uzun illər aqrokimya sahəsində kadr hazırlığına və elmi tədqiqatların aparılmasına öz töhfələrini vermişlər.

    Vaxtilə burada çalışmış görkəmli alimlər: Kafedranın ilk rəhbəri torpaqşünaslıq elminin banisi V.V.Dokuçayevin şa­gir­di və silahdaşı professor V.Smirnov-Loginov olmuşdur. Kafedrada  torpaqşünas alimlərlərdən prof. V.V.Akimsev, dos. M.T.Əsgərbəyli, prof. Q.İ.Kolotov, dos. Ə.B.Şəfibəyov, prof. B.M.Ağa­yev, dos. M.A.Ağamirov, akad. M.İ.Cəfərov və başqaları çalışmışlar.

      Mütəxəssis hazırlığı aparılan ixtisaslar: Kafedra tərəfindən bakalavriat səsviyyəsi üzrə   “torpaqşünaslıq və aqrokimya”,  magistratura səviyyəsində “aqrokimya”, “torpağın aqroekoloji qiymətləndirilməsi və tiplərə ayrılması”, “torpağın ekoloji monitorinqi və qorunması” doktorantura səviyyəsində “torpaqşünaslıq” və “aqrokimya” ixtisasları üzrə mütəxəssislər hazırlanır.

       Kafedranın maddi-texniki bazası: Kafedra kifayət qədər auditoriya fondu ilə- 7 tədris laboratoriyası, 3 mühazirə otağı ilə təmin olunmuşdur. Bundan başqa kafedramızda 207 saylı  auditoriya görkəmli şəxs akademik Məmmədtağı Cəfərovun adını daşıyır. Kafedranın laboratoriyaları SP-2000 optik spektofotometr,  pH metr (stasionar),  pH metr (portativ), elektron tərəzi, mikroskoplar və digər müasir avadanlıqlarla təchiz olunub.

      Kafedranın elmi istiqaməti: Kafedra əməkdaşları tərəfindən torpaqların səmərəli istifadə edilməsi, münbitliyin idarə edilməsi, optimallaş­dı­rılmış gübrə normalarının müəyyən edilməsi istiqamətində elmi-tədqiqat işləri aparırlar.

         Professor-müəllim heyəti