Aqronomluq fakültəsi

Meşəçi alimimiz Polşada məruzə ilə çıxış etdi

Erasmus + proqramı çərçivəsində ADAU-nun Ekologiya   və Meşəçilik kafedrasının  professoru Zakir İbrahimov  Poznan Təbiət   Elmləri Universtitetində (Polşa) bir həftəlik işgüzar səfərdə olmuşdur.
Səfər çərçivəsində Poznan Universitetinin Xarici Əlaqələr üzrə prorektoru və Meşəçilik Fakültəsinin dekanı, meşəçilik fakültəsinin kafedraları və professor-müəllim heyyəti ilə görüşlər təşkil olunmuşdur.
Professor İbrahimov Meşəçilik Fakültəsinin müəllim heyəti və tələbələri qarşısında "Azərbaycanın meşələri və meşəçilik təhsili” mövzusunda məruzə ilə çıxış etmişdir.Daha sonra həmin tələbələrlə meşədə praktiki təcrübə həyata keçirilmişdir.