Aqronomluq fakültəsi

“Azərbaycanda çayçılığın mövcud vəziyyəti və inkişaf istiqamətləri” mövzusunda elmi-praktik konfrans

Sizi Azərbaycan Dövlət Aqrar Universitetində Meyvəçilik və  Çayçılıq Elmi Tədqiqat  İnstitutu ilə birgə keçirilən “Azərbaycanda çayçılığın mövcud vəziyyəti və inkişaf istiqamətləri” mövzusunda elmi-praktik konfransda iştirak etməyə dəvət edirik.

Konfransın məqsədi: Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş  “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün  Dövlət Proqramı”nın müvafiq bənlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi vəziyyətinin müzakirəsi, sahənin inkişafı məqsədilə həyata keçirilən sistemli tədbirlərin qiymətləndirilməsi və  elmi cəhətdən əsaslandırılmış təkliflərin verilməsindən ibarətdir. 

Konfransın bölmələri:

  • Dünyada və Azərbaycanda çayçılığın tarixi və inkişaf meylləri;
  • Çayçılıqda innovativ texnologiyaların tətbiqi;
  • Çayçılığın inkişaf etdirilməsində institusional tədbirlər;
  • Çayçılıq sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi;
  • Çayçılıq sahəsinin elmi və kadr təminatı;
  • Çay emalı potensialının artırılması və infrastruktur təminatının yaxşılaşdırılması;
  • Çay istehsalı və emalı sahəsində innovativ texnologiyaların tətbiqi;
  • Çay istehsalı və emalı sahələrinə yerli və xarici investisiyaların cəlb edilməsinin təşviqi;
  • Çay məhsullarının rəqabət qabiliyyətinin artırılması, ixracı, kooperasiyanın dəstəklənməsi və təşviqi;
  • Çayçılığa dövlət dəstəyinin prioritet istiqamətləri.

Konfransın dili: Azərbaycan

Konfransın keçirilmə tarixi: 30.03.2020

Məqalələrin göndərilməsi üçün son tarix: 26.03.2020

Məqalələrin tərtib olunmasına dair tələblər:

  • Məruzə mətnləri konfransın bölmələrinə uyğun tərtib edilməklə, Azərbaycan dilində (çap və elektron variantda) qəbul olunur;
  • Məruzə mətnləri 5 səhifəyədək, kompyuterdə MS Word formatında, Times New Roman şriftlə (hərflərin ölçüsü - 12 pt., interval - 1, abzas - 1.25), sətirdən-sətirə keçirilmədən yığılmalı, boş sahələrin ölçüləri soldan - 30 mm, sağdan, yuxarı və aşağıdan - 20 mm olmaqla, A4 formatlı standart kağızda çap olunmalıdır;
  • Məruzənin adı qalın, böyük hərflərlə (12 pt., interval - 1) səhifənin mərkəzində, növbəti sətirlərdə bir interval buraxmaqla məruzəçinin adı, atasının adı və soyadı adi kiçik hərflərlə, təşkilatın adı, şəhər, müəllifin elektron poçt ünvanı, mobil telefon nömrəsi, abzasdan, kursivlə kiçik hərflərlə ingilis dilində xülasə, 5-10 açar sözlər yazılmalıdır (10 pt., interval - 1).
  • Məruzədəki istinadlar nömrə və səhifəsi ilə birlikdə mətndə kvadrat mötərizədə [4, s. 213] verilməlidir. İstifadə olunmuş ədə­biyyatların siyahısı mətnin sonunda əlifba sırası ilə AAK-ın tələblərinə uyğun göstərilməlidir.

Ünvan: AZ 2000, Azərbaycan Respublikası, Gəncə şəhəri, Atatürk prospekti 450, Azərbaycan Dövlət Aqrar Universiteti, İnzibati bina, Elm şöbəsi, otaq 17.

Tel: (+99422) 266 23 85; 266 57 33

E-mail: elm.sh.adau@gmail.com

www.adau.edu.az