Aqronomluq fakültəsi

Azərbaycan Dövlət Aqrar Universitetinin doktoranti ABŞ-da elmi təcrübə keçir

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə ADAU-nun bitkiçilik və bitki mühafizəsi kafedrasının doktorantı Sahil Quliyev dünyanın ən aparıcı ali təhsil müəssisələrindən biri olan ABŞ-ın  İllinoys Universitetində elmi-praktik təcrübə keçir.

ADAU-nun mətbuat xidmətindən bildirilib ki, təcrübə əsasən bitki  klinikasında nümunələrin qəbul  edilməsi  analizlərin aparılması və necə  diaqnoz  qoyulması  ilə  bağlıdır.  

Elmi təcrübə zamanı doktorant xəstə bitkidən nümünənin  götürülməsinə,  meyvə  bağında təcrübənin kecrilməsinə ( alama xəstəliklərilə  bağlı), fermerlərlə görüşə, açıq tərəvəz  yetişdirilən  sahədə xəstəliklərə  qarşı  pestisidlərdən  istifadəyə,  PSR   analizi  üçün nümunələrin  hazırlamsına  və  xəstəliyə  diaqnozun qoyulmasına  (mikroskop  vasitəsilə  patogenin teyini  və  diaqnozu) xüsusi önəm verib, amerikalı mütəxəssislərin və alimlərin fikirlərini təcrübədə sınaqdan keçirib.