Aqronomluq fakültəsi

AQRAR UNİVERSİTETDƏ İLAXIR ÇƏRŞƏNBƏNİN SEVİNCİ YAŞANIB

        

     Xalq ədət-ənənəsinə görə Novruz bayramından əvvəl il axır çərşənbə-torpaq çərşənbəsi qey edilir və bu çərşənbənin təntənəsi süsusi yaşanır.  Sonuncu-torpaq çərşənbəsi Azərbaycan Dövlət Aqrar Universitetinin bütün fakültələrində də böyük coşqu ilə qeyd edilib.

    Baytarlıq təbabəti və zoomühəndislik, Aqranomluq, Mühəndislik, Elektroenergetika və informasiya texnologiyaları, Aqrotexnologiya, Aqrar iqtisadiyyat, Aqrobiznes və idarəetmə fakültələrində keçirilən tədbirlərin hər birində ruhumuzun aynası, könüllərin sevinci olan çərşənbənin təntənəsi yaşanıb, rəngarəng musuqi nömrələri, rəqslər, novruz adətlərini əks etdirən səhnəciklər nümayiş olunub. Universitetin rektoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov bayram iştirakçılarını təbrik edib, Novruz adətlərinin bu günədək qorunmasından danışıb, bayramın tarixi dəyərlərindən söhbət açıb.

     Tələbələrin çərşənbə tonqalı ətrafında müəllimləri ilə birgə rəqsləri isə daha təbii olub. Həmin gün ən xoş arzular bildirilib, bolluq, əmin-amanlıq arzulanıb.