Aqronomluq fakültəsi

ADAU müasir təhsil kompleksinə sahibdir

Hər bir ali təhsil müəssisəsində müvafiq maddi-teхniki bazaya və infrastruktura malik təhsil kоmpleksinin (şəhərciyi)-kampusun olması tədrisin və elmi-tədqiqat işlərinin keyfiyyətinin yüksəldilməsinin, tələbə gənclərin asudə vaxtının səmərəli təşkilinin basilica şərtidir. Bu gün tam əminliklə qeyd etmək olar ki, Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) dünya standartlarına cavab verən kampus sisteminə malikdir. Universitetin maddi-texniki bazası, infrastrukturu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, aqrar sahəyə, aqrar təhsilə və aqrar elmə diqqət və qayğısının təzahür formalarından biridir. Universitetdə hər biri 500-dən çox tələbənin yaşaması üçün tikilmiş 2 tələbə evi, mərkəzlər, laboratoriyalar, auditoriyalar, alınmış müasir kənd təsərrüfatı texnikaları, avadanlıqlar və digər təsisatlar burada keyfiyyətli təhsil almağa tam zəmanət verir.  Universitetdə demək olar ki, hər gün bir yenilik-yeni obyektlərin istifadəyə verilməsi, quruculuq-abadlıq işləri, təcrübə sahələrində yeni metodlarla dərslər, aparıcı şirkətlər tərəfindən tələbələrin təcrübəyə dəvət olunması, ödənişsiz kurslar kimi tələbə həyatı üçün zəruri olan hadisələr baş verir.

Təkcə bir faktı qeyd etmək kifayətdir ki, cari ilin sentyabr ayının 15-də Bilik günü münasibətilə keçirilən tədbirdə Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov, Türkiyənin, Çin Xalq Respublikasının, Hindistanın ölkəmizdəki səfirləri, Çexiya səfirliyinin və FAO təşkilatının ölkəmizdəki nümayəndələrinin iştirakı ilə Maldarlıq tədris mərkəzi, Atçılıq tədris mərkəzi, John Deer təlim mərkəzi, Süni mayalanma tədris mərkəzi, Gilan Holdinq auditoriyası, Aqrokimya laboratoriyası, Türkiyə Hökümətinin dəstəyi ilə yaradılmış Baytarlıq klinikası, Yaponiya Hökumətinin dəstəyi ilə yaradılmış toxumçuluq laboratoriyası, Çin Hökümətinin dəstəyi ilə yaradılmış virtual tədris auditoriyası, Tələbə parkı, futbol meydançasının açılışı olmuşdur.

Bütün bunlar ADAU-da mükəmməl bir təhsil almaq üçün hər cür şəraitin olduğundan xəbər verir. Bu gün innovasiyalar, yeniliklər ADAU həyatının fəlsəfəsinə çevrilmişdir. Bu fəlsəfə elm-təhsil-iş dünyası sferalarının inteqrasiyasına xidmət edir.