Aqronomluq fakültəsi

ADAU-da Akademik Cəlal Əliyev görkəmli bioloq və ictimai - siyasi xadimdir ” mövzusunda inşa yazı müsabiqəsi keçirilib

2018-ci il oktyabr ayının 27-də  Azərbaycan Dövlət Aqrar Universitetinin aqronomluq fakültəsinin tələbələri arasında  “Akademik Cəlal Əliyev görkəmli bioloq və ictimai -siyasi xadimdir ” mövzusunda inşa yazı müsabiqəsi keçirilib. Müsabiqəyə fakültənin müvafiq ixtisaslarında təhsil alan tələbələr qatılıb. Müsabiqəyə başlamazdan əvvəl ADAU-nun rektoru, AMEA-nın müxbir üzvi, professor İbrahim Cəfərov çıxış edərək Azərbaycanın görkəmli alimi, tanınmış ictimai siyasi xadim, Azərbaycan  Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, biologiya elmləri doktoru, professor Cəlal Əlirza oğlu Əliyevin fundamental araşdırmaları və elmi nailiyyətlərindən , elmi məktəbi və onun yetirmələrindən , ölkədə bioloji müxtəlifliyin mühafizəsi və səmərəli istifadəsi strategiyasının işlənilib hazırlanmasında xidmətlərindən , gənc nəslə örnək olan həyat yolundan danışaraq müsabiqədə iştirak edən tələbə gənclərə uğurlar arzulayıb. 

İnşa yazı müsabiqsində aqronomluq fakültəsinin 100-dən çox tələbəsi iştirak edib. Müsabiqənin sonunda akademik Cəlal Əliyevin adının daşıyan auditoriyada qaliblər  fəxri fərmanlarla təltif edilmiş  və qiymətli hədiyyələr verilmişdir.