Aqronomluq fakültəsi

Bağçılıq

Kafedra müdiri: dosent Hüseyn İDRİSOV

Ünvan:  Gəncə şəhəri, Özan küçəsi, 208

Tel. (+994 50)  527 97 86 m

E-mail: agrnomy@adau.edu.az

    Universitetdə bağçılıq və dirrikçilik kafedraları 1931-ci ildə təşkil edilmiş və hər iki kafedranın ilk rəhbəri professor S.V.Krainski olmuşdur. Sonralar  assistent M.Pepinov bir neçə il «Dirrikçilik» kafedrasının müdiri olmuş və  «Müxtəsər dirrikçilik» adlı dərs vəsaiti yazmışdır (1933). Dirrikçilik kafedrasının (sonralar tərəvəzçilik) müdiri vəzifəsində  dosent M.A.İsmayılov, professor İ.P.Pavlov və dosent A.İ Zeynalov işləmişlər, bağçılıq kafedrasına (sonralar meyvəçilik) isə professor D.N.Beketovski və dosent C.M.Əliyev rəhbərlik etmişlər. 1938-ci ildə «Subtropik bitkiçilik» kafedrası sərbəst olaraq fəaliyyət göstərir və onun müdiri olaraq İ.M.Axundzadə seçilir. 1943-cü illərdə bu yeni yaranmış kafedra meyvəçilik kafedrası ilə birləşdirilmiş və ona müdir A.İ.Zeynalov rəhbərlik etmişdir. 1948-55- ci ildə kafedraya dosent C.M.Əliyev rəhbərlik etmişdir. 1955- ci ildə kafedra  birləşdirilərək «Meyvəçilik, tərəvəzçilik» kafedrası adlandırılır və kafedra müdiri A.İ.Zeynalov seçilir. Onun vəfatından sonra (1959) kafedraya müdir vəzifəsinə yenidən dosent C.M.Əliyev seçilir. Sonralar kafedra müxtəlif adlarla fəaliyyət göstərmiş, 2012-ci ildən isə “Bağçılıq”kafedrası adlanır.

     Mütəxəssis hazırlığı aparılan ixtisaslar: Kafedrada 3- meyvəçilik, tərəvəzçilik və üzümçülük istiqamətləri üzrə kadr hazırlanır. Respublikada bitkiçiliyin aparıcı sahələrindən olan meyvəçilik, tərəvəzçilik və üzümçülük ixtisaslarına olan tələbatın ödənilməsi üçün yüksək səviyyəli aqronom kadrların hazırlanmasına xidmət edir. Magistratura səviyyəsində “meyvəçilik”,  “tərəvəzçilik”, “üzümçülük”, doktorantura səviyyəsində “meyvəçilik və üzümçülük”, “tərəvəzçilik” ixtisasları üzrə mütəxəssislər hazırlanır.

     Vaxtilə kafedrada çalışmış alimlər: professor S.V.Krainski, professor İ.P.Pavlov, professor D.N.Beketovski, professor Ş.A.Əliyev, professor F.A.Quliyevə  dosent C.M.Əliyev, dosent M.A.İsmayılov,  dosent  A.İ Zeynalov, İ.M.Axundzadə, P.T.Bolqarev, H.Ə Atakişiyev, dosent V. Q. Qasımov və başqları.

     Kafedranın elmi istiqaməti: Kafedrada “Bitkiçilik məhsulları istehsalının və keyfiyyətinin innovasiya texnologiyaları əsasında yüksəldilməsi yollarının tədqiqi” istiqamətində, “Meyvə-tərəvəz və üzüm məhsulu istehsalının və keyfiyyətinin innovativ texnologiyalar əsasında yüksəldilməsi yollarının tədqiqi” mövzusunda  elmi-tədqiqat işi aparılır.

       Kafedrada professor Zaur Həsənovun rəhbərliyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyələşdirdiyi “Azərbaycanın Qərb bölgəsində meyvə-tərəvəz bitki genetik ehtiyatlarının müəyyən ləşdirilməsi və səmərəli istifadənin təşkili” mövzusunda ( 50,000 manat) elmi-tədqiqat işi yerinə yetirilir.

      Kafedranın maddi-texniki bazası: kafedrada meyvəçilik, tərəvəzçilik və üzümçülük üzrə canlı laboratoriyalar, proyektorlar, kompyuterlər mövcuddur.