Aqronomluq fakültəsi

İstixanalar

    Azərbaycan Respublikasının  kənd təsərrüfatı naziri cənab Heydər Əsədovla BP-nin Azərbaycan, Türkiyə, Gürcüstan regionu üzrə prezidenti Qordon Birel arasında görüşdə BP şirkətinin dəstəyi ilə Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz boru kəmərlərinin keçdiyi ərazilərdə kənd təsərrüfatı və kənd yerlərinin inkişafı istiqamətli layihələrin müzakirəsi və tələbələrin praktiki təlimlərinin təşkili məqsədilə BP şirkəti tərəfindən müvafiq istixana qurğularının ADAU-ya verilməsi qərara alınmışıdır.

    Hazırda hər biri 154 kvadrat metr olan 5 ədəd istixanadan ibarət olan kompleksdə tədris və elmi-tədqiqat məqsədilə ilin bütün dövrlərində müasir texnologiyalar əsasında müxtəlif kənd təsərrüfatı bitkiləri (pomidor, xiyar, badımcan, bibər və s.) becərilir. İstehsal olunan məhsulların bir hissəsi tələbə yataqxanasının kafesində güzəştli qiymətlərlə təklif olunur ki, bu da dəyər zənciri formalaşdırmaqla tələbələrin sağlam qida ilə təmin edilməsinə şərait yaradır.

Ünvan:  Gəncə şəhəri, Özan küçəsi, 210

Tel. (+99422) 256 81 15

Mob. (+994 50) 527 97 86

E-mail: office@adau.edu.az