Aqronomluq fakültəsi

Məşədi Hüseynov

Kafedranın dosenti

Aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent

Azərbaycan Dövlət Aqrar Universitetinin  “Ümümi əkinçilik,

genetika  və seleksiya” kafedrasının dosenti

Mob. telefon: 050 521 20 77

Iş tel: 022 266 28 03

Doğum tarixi

29 yanvar 1948-ci il

Təhsili, elmi dərəcə, elmi adı

1971-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universitetinin) aqronomluq fakultəsini bitirib.

1984-cü ildə “Az.SSR-nin Kirovabad-Qazax bölgəsinin açıq şabalıdı torpaqları şəraitində pambıq-yonca növbəli əkinlərinin yem tarlalarının intensivləşdirilməsi” mövzsunda namizədlik dissertasiyasını müdafiə edərək, ümumi əkinçilik ixtisası üzrə kənd təsərrüfatı elmlər namizədi adını almışdır.

1999-cu ildən ümumi əkinçilik üzrə dosentdir.

Əmək fəaliyyəti

1999–hal-hazıradək  Azərbaycan Dövlət Aqrar Universiteti, “Ümümi əkinçilik, genetika və seleksiya” kafedrasında dosent;

1994-1999  Azərbaycan Kənd Təsərrüfatı Akademiyası, “Ümümi əkinçilik” kafedrasında asistent;

1992-1994  Azərbaycan Kənd Təsərrüfatı Akademiyası, “Ümümi əkinçilik” kafedrsında baş laborant;

1985-1992   Azərbaycan Elmi Tədqiqat Pambıqçılıq İnstitutunun növbəli əkin şöbəsində baş elmi işçi;

1979-1985   Azərbaycan Elmi Tədqiqat Pambıqçılıq İnstitutunun növbəli əkin şöbəsində kiçik elmi işçi;

1975-1979   Azərbaycan Elmi Tədqiqat Pambıqçılıq İnstitutunun növbəli əkin şöbəsində baş aqrotexnik;

1973-1975   Azərbaycan Elmi Tədqiqat Pambıqçılıq İnstitutunun yardımçı təsərrüfatında aqronom;

1972-1973   Ordu sıralarında hərbi  xidmətdə;

1971-1972 Azərbaycan Respublikası Ucar rayonunun Şəfəq kolxozunda baş aqronom

Apardığı dərslər

Bakalavrda – Əkinçilik modul 1, Əkinçilik modul 2 və Bitkiçilik məhsulları istehsalı texnologiyası

Magistraturada – Bioloji əkinçilik, Ekoloji əkinçilik və Zonal əkinçilik sistemləri

Elmi yeniliyi

Qarışıq əkinlərdən istifadə etməklə pambıq-yonca və pambıq-siderat növbəli əkinlərinin yem tarlalarının intensivləşdirilməsi.

Mükafatları

Azərbaycan Dövlət Aqrar Universitetinin fəxri fərmanı.

Tədqiqat sahəsi

Qısa rotasiyalı pambıq növbəli əkinlərinin səmərəli sxemlərinin öyrənilməsi.

Beynəlxalq treyninqlər, simpozium və konfranslar

S.Ə.Həsənov, O.M.Qədimov – Aralıq bitkilərinin və torpaqbecərmə texnologiyalarının ekoloji təmiz torpaq münbitliyinə və pambığın məhsuldarlığına təsiri. AKTA-nın 75 illiyinə həsr olunmuş Beynəlxalq elmi simpoziumun külliyyatı, II cild, Gəncə 2009. Səh 58-61.

K.Y.Məmmədova Əkinçiliyin ekoojiləşdirilməsinin əsas istiqamətləri. Beynəlxalq elmi praktiki konfransın tezisləri, Gəncə 2010. Səh 119-120

Seçilmiş əsərləri

Dərsliklər

C.Ə.Hacıyev. Əkinçilik. Bakı “Araz” nəşriyyatı 2009, 354 s.

A.Q.İbrahimov, O.A.Həsənova. Aqronomiyanın əsasları, Bakı “Araz” nəşriyyatı 2015, 396 s.

Dərs və metodik vasitələr

Hacıyev C.Ə. Növbəli əkinlər. ADKTA-nın mətbəəsi. Gəncə, 2000. 64 s

Hacıyev C.Ə. Torpaq becərmə texnologiyası. AKTA-nın mətbəəsi. Gəncə, 2001, 134 s

Hacıyev C.Ə Alaq bitkiləri və onlara qarşı mübarizə. AKTA-nın mətbəəsi, Gəncə, 2003. 77 s.

Hacıyev C.Ə,Məmmədova K.Y. Əkinçiliyin elmi əsasları və sistemləri. AKTA-nın mətbəəsi. Gəncə, 2005. 152 s

Hacıyev C.Ə, Əlizadə F.H, Məmmədova K.Y. Əkinçilik fənnindən praktiki məşğələlər. AKTA-nın nəşriyyatı, Gəncə 2009. 108 s.

Qədimov.O.M., Behbudova M.Ə. Ümumi əkinçilik fənni üzrə tədris təcrübələrinin proqramı və metodiki göstəriş. AKTA-nın mətbəəsi. Gəncə, 2006. 18 s. 

C.Ə. Hacıyev, E.R. Allahverdiyev, A.O.Həsənova. Əkinçilik fənnindən istehsalat təcrübəsinin proqramı və metodiki göstəriş. ADAU nəşriyyatı, Gəncə 2013. 10 s.

C.Ə. Hacıyev, F.H. Əlizadə, A.Q. İbrahimov, K.Y. Məmmədova. Əkinçilik fənnindən kurs işinin tərtibi üzrə metodik göstəriş. ADAU mətbəəsi, Gəncə 2013. 18 s.

Məqalələr

Həsənov S.Ə, Qədimov O.M. Intensiv pambıq-yonca növbəli əkinlərində torpağın becərilmə dərinliyinin öyrənilməsi. Aqronomluq fakultəsinin elmi əsərlər toplusu, Bakı, 2001. Səh 67-68

Həsənov S.Ə, Qədimov O.M. Aralıq bitkilərinin becərilmə texnologiysı. Aqronomluq fakultəsinin elmi əsərlər toplusu, Bakı, 2002. Səh 33-34.

Həsənov S.Ə, Qədimov O.M. Bitkilərin növbələşdirilməsinin elmi əsasları. Akademiyanın elmi əsərləri III buraxılış, Gəncə 2006. Səh 34-37

Hacıyev C.Ə, Məmmədova K.Y. Ekoloji əkinçilikdə torpaqdan istifadənin əsas xüsusiyyətləri. AKTA-nın Ümumi respublika elmi praktik konfransının materialları, Gəncə 2008. 46-48

Qədimov O.M., Əlizadə F.H, Həsənov S.Ə. Əkin qatının dərin becərilməsinin torpağın aqrofiziki xassələrinə və pambığın məhsuldarlığına təsiri. ADAU-nun elmi əsərləri, Gəncə 2009, № 2. Səh 28-29

Əlizadə F.H. Əkinçilikdə ətraf mühitin çirklənmə mənbələri. ADAU-nun elmi əsərləri.2011, № 1 səh.47-49

A.O.Həsənova. Əkinçilik sistemində bitkiçilik məhsulları istehsalı texnologiyasının əsaslandırılması. GDU Elmi xəbərlər  №2 2012 səh 35-38

F.H. Əlizadə, F.Ş. Ələkbərov, M.Ə. Behbudova. Yeni təsərrüfat formalarında növbəli əkinlərin tətbiqinin təşkili. H. Əliyevin 90 illik yubileyinə həsr olunmuş ümumrespublika elmi-praktiki konf., 2013. Səh 39-41

İ.T.Əliyeva. Torpaqmühafizəli becərmələrin işlənməsi. AMEA-nın Gəncə regional Elm Mərkəzinin xəbərlər məcmuəsi, № 51, 2013, səh-120-122

F.H.Əlizadə. Kiçik həcmli taxılçılıq təsərrüfatlar üçün aztarlalı növbəli əkinlərin işlənməsi. Az.Res. Gəncə Dövlət Universiteti, Elmi xəbərlər 2014. Səh 92-96

A.O.Həsənova. Qısa rotasiyalı kartof növbəli əkinlərinin səmərəli sxemlərinin işlənməsi. Xəbərlər məcmuəsi №6 AMEA – nın Gəncə bölməsi. Səh 56-61

Qısa rotasiyalı çuğundur növbəli əkinlərinin səmərəli sxemlərinin işlənməsi. ADAU-nun elmi əsərləri N2 Gəncə 2014. Səh 27-30