Aqronomluq fakültəsi

Firudun Qurbanov

ADAU-nun professoru

Biologiya elmleri namizədi,  Azərbaycan Aqrar Universitetinin aqronomluq fakültəsi, ümumi əkinçilik, genetika və seleksiya kafedrasının dosenti “Taxıl və paxlalı bitkilər” sahəvi laboratoriyasının müdiri.

İş telofonu: (+994) 22 2568115

E-mail: haci-firudin@rambler.ru

Doğum tarixi

24 iyul 1957-ci il

Təhsili, elmi dərəcəsi və elmi adı

1984-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universiteti)

Aqronomluq fakültəsini bitirib. 1988-ci ildə “Bugdanın başlanğıc materialının şəbəkəli çarpazlaşma sistemində qiymətləndirilməsi” namizədlik dissertasiyasi müdafiə edərək, “seleksiya və toxumçuluq” ixtisası üzrə biologiya üzrə fəlsəfə doktorudur. 1992-ci ildən dosentdir.

Əmək Fəaliyyəti

2003-cü ildən hal-hazıradək „Taxil və paxlalı bitkilər” sahəvi laboratoriyasının müdiri, dosent.

1998-2003-ci illər Genetika və seleksiya kafedrasinin müdiri.

1992-1993-cü illərdə AKTA-nın tədris işləri üzrə prorektoru.

1988-ci ildən AKTA assistent, dosent.

1984-cü ildə Zaqatala rayonu Sabir kolxozunda baş aqronom.

1974-1976-cı illərdə Zaqatala rayonu tikintidə fəhlə.

Apardığı dərslər

Genetika və seleksiya, seleksiya və toxumçuluq.

Elmi yeniliyi

“ADAU-80” və “GƏNCƏ” qarğıdalı sortlarının müəllifi.

Seleksiya və toxumçuluq üzrə azərbaycan dilində ilk dərsliyin, praktikumun və toxumşünaslıq dərsliyinin müəllifi, bu fənlərin tədrisi üçün yeni məzmun və formada dərs materialının, metodika və proqramların, interaktiv materialın hazırlanması.

Mükafatları

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 18 may tarixli 905 saylı sərancamına əsasən “Əməkdar k/t işçisi” fəxri adı.

Tədqiqat sahəsi

  • Seleksiyanın aktual problemleri.
  • Toxumçuluq problemi.

Beynəlxalq seminar, simpozium və konfranslarda iştirakı.

2002-ci il   Seleksiya naliyyətləri Beynəlxalq konfransı. Alma Ata.

2004-cü il  Taxillar və paxlalilar Beynəlxalq konfransı, Tbilisi şəhəri.

2006-cı il   Beynəlxalq Bitki Genetik Ehtiyatları simpoziumu, Bakı şəhəri.

Beynəlxalq SİMMİT proqramınin iştirakçısı.

Milli seleksiya proqramının üzvü.

2011ci il Qloballaşma şəraitində təhsil və elmin inkişaf problemləri Beynəlxalq elmi – praktik konfransı  Gəncə şəhəri

2015-ci il Beynəlxalq Simpozium ”Elm dünən, bu gün, sabah: nəzəriyyə və praktika” Mahaçkala şəhəri

2015-ci il ADAU-nun 80 illik yubileyinə həsr olunan Aqrar təhsil sistemində innnnovasiyaların tətbiqi Beynəlxalq elmi praktik konfransın tezisləri. Gəncə şəhəri.

2015- ci il Aqrar elmin və təhsilin innovativ inkişafı: Dünya təcrübəsi və müasir prioritetlər- Beynəlxalq Elmi-praktiki konfransı Azərbaycan, Gəncə 23-24 oktyabr.

Dərslik

Kənd təsərrüfatı bitkilərinin seleksiya və toxumçuluğu, AR təhsil nazirliyi, qrif 615. 21.04.2011 Bakı, 384 səh.

İbrahimov A.Q. Seleksiya və toxumçuluq (praktikum) “Araz” nəşriyyatı. Bakı 2012-382 səh

N.Y. Seyidəliyev,M.Z. Məmmədova. Toxumşünaslıq. AR təhsil nazirliyi, Bakı, 2013-cü il 340 səh

Məqalələr

Aqrar elmin inkişaf istiqamətləri və  onun ekoloji aspektləri. 21-22 səh. ADAU-nun 80 illik yubileyinə həsr olunan Aqrar təhsil sistemində innnnovasiyaların tətbiqi Beynəlxalq elmi praktik konfransın tezisləri. Gəncə 2010

Bərk buğda (Triticum durum Dest) növünün genefondu, mənşəyi. Elmi praktik konfrans.  Gəncə 2010

K/t bitklərinin seleksiya və toxumçuluğu (bakalavr üçün) proqram, 11 səh . Gəncə-2011

Toxumçuluq elminin problemləri və onların həlli yolları Qloballaşma şəraitində təhsil və elmin inkişaf problemləri Beynəlxalq elmi – praktik konfransın tezisləri 3-5 oktyabr 2 səh Gəncə - 2011

Dənli taxıl bitkilərinin kolleksiyasının qiymətli təsərrüfat əlamətlərinin öyrənilməsi 3səh ADAU-nun elmi əsərləri № 2 Gəncə-2011

Qarğıdalıdan yüksək gəlir əldə etməyin yolları. Tövsiyyə 6səh Gəncə-2011

K/t bitklərinin seleksiya və toxumçuluğundan ixtisas təcrübəsi (bakalavr üçün proqram.7səh Gəncə-2011

Qarğıdalı toxumçuluğu və  onun aprobasiyasına dair  metodik göstərişlər. Tövsiyyə 6 səh Gəncə- 2012

Qarğıdalının növmüxtəlifliklərinin təyininə dair metodik göstərişlər.

Tövsiyyə 12 səh Gəncə- 2012

Qarğıdalının aqrobioloji xüsusiyyətləri və onun becərilməsinə dair tövsiyyələr.Tövsiyyə 22 səh. Gəncə-2012

Toxumçuluq işinin təşkilindəproblemlər və onların həlli yolları. 8 səh “Azərbaycanda aqrar sektorun problemləri” mövzusunda regional elmi-praktik konfransı. Oğuz – aprel2012

Dənli taxıl bitkilərinin genefondu və yeni sortalmada onun əhəmiyyəti. ADAU – nun elmi əsərləri. Gəncə 2012, 3 səh N 3

Tarla bitkiləri genefondunun bəzi nümunələrinin genomunun öyrənilməsi,38 səh, ADAU - 2012

Генофонд зерновых культур. Основы рационального  природопользования Материалы IV международной научно-практической конференции, посвященной  100-летию  Саратовского государственного аграрного  университета  имени Н.И. Вавилова  и 40-летию кафедры «Геодезия, гидрология и гидрогеология» (16 - 18 мая 2013 г., Саратов) 6 стр.

Tritukum durum növünün genefondu və onun seleksiya əhəmiyyəti ADAU –nun elmi əsərləri Əlavə 1- Gənc alimlərin tribunası. Gəncə- 2013 2 səh

Buğda və qarğıdalının yeni formalarının öyrənilməsi  və onların seleksiyada istifadəsi Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş ümumrespublika elmi-praktik konfransın materialları. Gəncə- 2013, 3səh

Qarğıdalının növmüxtəlifliyinin təyini. ADAU-nun elmi əsərləri Gəncə 2013, № 2, 2 səh

Növarası buğda hibridlərinin alınmasında valideynlərin  seçilmə  prinsipləri ADAU-nun elmi əsərləri 2 səh Gəncə 2014, №2

Növarası hibridləşdirmə üsülü ilə əldə olunmuş F1 bugda hibridlərinin bioloji və təsərrüfat xüsusiyyətləri Aqrar elmin və təhsilin innovativ inkişafı: Dünya təcrübəsi və müasir prioritetlər- Beynəlxalq Elmi-praktiki konfransın materialları Azərbaycan, Gəncə oktyabr2015-ci il 5 səh

“Qismət” tritikale sortunun bioloji və təsərrüfat xüsusiyyətləri Aqrar elmin və təhsilin innovativ inkişafı: Dünya təcrübəsi və müasir prioritetlər- Beynəlxalq Elmi-praktiki konfransın materialları Azərbaycan, Gəncə 23-24 oktyabr2015-ci il 3 səh

Использование местных сортообразцов для получения новых сортов мягкой пшеницы. International Scientific and Practical Conference. World Science. Methodology of modern Research (march 21-22, 2015) Dubai, UAE - 95-99

Селекция кукурузы в Азербайджане. «Наука  вчера,  сегодня,  завтра: теория  и  практика» Материалы  Международного электронного Симпозиума Махачкала, 20 февраля 2015г. - 64-69