Aqronomluq fakültəsi

Fariz Ələkbərov

Dosent

Aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent əvəzi

Azərbaycan Dövlət Aqrar Universitetinin ümumi əkinçilik,

genetika və seleksiya kafedrasının dosent əvəzi

Mob.tel: 050-318-05-45; 070-318-05-45

İş tel: 022 266 28 03

e-mail: alekberovfariz@yahoo.de

Doğum tarixi

20 fevral 1980-ci il

Təhsili, elmi dərəcəsi, elmi adı

2000-ci ildə bakalavr təhsili üzrə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Aqrar istehsalın mexanikləşdirilməsi fakültəsini fərqlənmə diplomu ilə bitirib.

2003-cü ildə magistr təhsili üzrə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Aqrar istehsalın mexanikləşdirilməsi fakültəsini fərqlənmə diplomu ilə bitirib.

2009-cu ildə Azərbaycan Elmi Tədqiqat Pambıqçılıq İnstitutunun əyani aspiranturasını bitirmiş və dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək 2011-ci ildə aqrar elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi adını almışdır.

2013-ildən hal-hazıra qədər Azərbaycan Dövlət Aqrar Universiteti, Ümumi əkinçilik ixtisası üzrə qiyabi aqrar elmlər doktorluğu təhsili

2014-cü ildən dosent əvəzidir.

Əmək fəaliyyəti

2010-cu ildən hal-hazıra qədər Azərbaycan Dövlət Aqrar Universitetinin ümumi əkinçilik, genetika və seleksiya kafedrasında assistent, baş müəllim, dosent əvəzi, o cümlədən Gənc Alimlər Şurasının sədri

2013-cü il, sentyabr-hal hazıra qədər. Podrat müqaviləsi əsasında Gəncə Regional İqtisadi Məsləhət Mərkəzində Dünya Bankının maliyyələşdirdiyi "Məcburi Köçkün Gənclərin Dəstəklənməsi" layihəsində marketinq araşdırmaları mütəxəssisi

2015-ci il, fevral-mart. Podrat müqaviləsi əsasında “Oxfam” Bərdə Nümayəndəliyində tərəvəz toxumçuluğu ilə məşğul olan fermerlər üçün bəzi tərəvəz bitkilərinin mütərəqqi becərilmə texnologiyası və toxumçuluğu üzrə təlimçi

2014-cü il, noyabr-dekabr. Podrat müqaviləsi əsasında “Oxfam” Bərdə Nümayəndəliyində çiyələk becərən fermerlər üçün biznes fəaliyyəti və biznes planların hazırlanması üzrə təlimçi

2014-cü il, sentyabr-2015-ci il, oktyabr. Podrat müqaviləsi əsasında Gəncə Regional İqtisadi Məsləhət Mərkəzində Dünya Bankının maliyyələşdirdiyi “Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək Layihəsi (SİBİDL)” çər­çivəsində Azərbaycanın 27  rayonunda  Sudan İstifadə Birliklərinə (SİB) Aqronomik aspektlərdə təlimlərin təşkili subkomponentində təlim meneceri

2013-cü il, aprel-avqust. Podrat müqaviləsi əsasında Alterv MMC-nin  H. Əliyev adına Şəmkir park kompleksində yaşıllaşdırma şöbəsində baş aqronom

2011-ci il, yanvar-dekabr. Bakı Biznes Tədris Mərkəzində dəvət olunmuş təlimçi, məsləhətçi

2010-cu il, oktyabr- 2011-ci il, fevral. Podrat müqaviləsi əsasında Gəncə Regional İqtisadi Məsləhət Mərkəzində Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (OSCE) maliyyələşdirdiyi “Gəncə şəhəri Hacıkənd qəsəbəsində və Göy-göl rayonunun dağ və dağətəyi kəndlərində torpaq sürüşmələri nəticəsində yaranan risklərin azaldılması və əhalinin ekoloji maarifləndirilməsi” layihəsində təlim və informasiya meneceri

2009-2010-cu  illər. Azərbaycan Elmi Tədqiqat Pambıqçılıq İnstitutunun "Aqrotexnologiya" şöbəsində əvəzçilik ştatı üzrə elmi işçi

2009-cu il, mart-sentyabr. Podrat müqaviləsi əsasında Gəncə Regional İqtisadi Məsləhət Mərkəzində Dünya Bankının maliyyələşdirdiyi Goranboy və Zərdab rayonlarında Sudan İstifadə Birliklərinə (SİB) Məsləhət Xidmətinin göstərilməsi layihəsində rəhbər

2008-ci il, noyabr-dekabr. Podrat müqaviləsi əsasında Gəncə Regional İqtisadi Məsləhət Mərkəzində USAID Proqramı çərçivəsində CEMONIKS tərəfindən maliyyələşdirilən “Özəl Sektorun Rəqabət Qabiliyyətinin Artırılması” layihəsində dəvət olunmuş sorğu aparan korspondent

2006-2010- cu illər. Podrat müqaviləsi əsasında Gəncə Biznes Qrupda (GBG) Dünya Bankının maliyyələşdirdiyi "Birinci və İkinci Kənd təsərrüfatının inkişafı və kreditləşməsi" layihəsində təlim meneceri, internet və məlumat bazası üzrə mütəxəssis

2003-2004-cü illər. "Üzüm Treding" MMC-də mexanik köməkçisi

2000-2001-ci illər. “Halallıq" sahibkar müəssəsində mühəndis mexanik

Apardığı dərslər

Bakalavrda- “Ekoloji əkinçilik”, “Əkinçilik”, “Bitkiçiliyin əsasları (Modul 2)”, “Bitkiçilik məhsullarının istehsal texnologiyası”,

Magistraturada- “Əkinçilik sistemləri”, “Əkinçilik”, “Toxumçuluq”, “Toxum və sort nəzarəti”

Elmi yeniliyi

Aspirantura dövründə aparılan dissertasiya işi əsasında keçmiş sovet ittifaqı respublikaları içərisində heç bir analoqu olmayan və uzaq xaricdə (ABŞ, Hindistan, Yunanıstan, Türkiyə və s) həyata keçirilən qısa tarlalı pambıq növbəli əkinlərindən fərqlənən intensiv qısa tarlalı- yeni növbəli əkin (üçtarlalı pambıq-yonca-taxıl) və torpaq becərmə sistemi işlənmişdir.

Mükafatları

2012-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin ilin müəllimi mükafatı

Tədqiqat sahəsi

Respublikanın müxtəlif aqroekoloji şəraitlərində ənənəvi əkinçiliyə alternativ olan üzvü-bioloji əkinçilik sistemlərinin öyrənilməsi

Beynəlxalq treninqlər, simpozium və konfranslar

2003-cü il, aprel-iyun. GTZ proyektinin maliyyələşdirdiyi “Vayenştefan k/t institunda” qısa müddətli təcrübə, Trizdorf şəhəri, Almaniya

2005-ci il, oktyabr-2006-cı il, fevral. GTZ Alman texniki əməkdaşlıq cəmiyyətinin Gəncə şəhər Alman-Azərbaycan “aqrar iqtisadiyyat və menecment” ixtisas artırma  kursu, Gəncə şəhəri, Azərbaycan

2007-ci il, 17 iyul. USAİD proqramı üzrə amortizasiya və sığorta mövzusunda trening, Gəncə şəhəri, Azərbaycan

2009-cu il, 17-19 iyun. Dünya bankının “Kənd məsləhət xidmətlərinin monitorinqi və menecmenti” mövzusunda  təşkil etdiyi seminar. Bakı şəhəri, Azərbaycan

2012-ci il, 17 avqust-1sentyabr. Çin Xalq Respublikasında təşkil olunan kənd təsərrüfatı maşınları texnologiyası mövzusunda beynəlxalq seminar, Pekin şəhəri, ÇXR

2014-cü il, 10-23 avqust. Macarıstan Respublikasının Kapoşvar universitetində təşkil olunan 21-ci əsrdə davamlı kənd təsərrüfatı  mövzusunda beynəlxalq yay məktəbi. Kapoşvar şəhəri, Macarıstan

2015-ci il, 1-3 aprel. CRDF təşkilatının təşkil etdiyi “Qrant təklifləri konsepsiyasının inkişafı” mövzusunda seminar, Gəncə şəhəri, ADAU, Azərbaycan

2015-ci il, 9 iyun-6 iyul. Çin Xalq Respublikasının Ticarət və Kommersiya Nazirliyinin və Şihezi universitetinin təşkil  etdiyi “Avrasiya ölkələri çərçivəsində oazis ətrafı kənd təsərrüfatı və suya qənaətedici irriqasiya sistemləri və texnologiyaları” mövzusunda nəzəri-praktik seminar, Pekin və Şihezi şəhərləri, ÇXR

2015-ci il, 8-20 noyabr. Yaponiya Beynəlxalq Əməktaşlıq Agentliyinin (JİCA) təşkil etdiyi “Qida təhlükəsizliyi siyasətinin yaradılması və idarə edilməsi” mövzusunda beynəlxalq seminar,JİCA, Tokio, Yaponiya

O cümlədən ölkəmizdə və universitetdə keçirilən yerli beynəlxalq konfranslar (metarialları məqalələr bölməsində təsvir olunmuşdur)

Seçilmiş əsərləri

Dərsliklər:

Ələkbərov F.Ş. Avropa İttifaqının maliyyə yardımı ilə hazırlanan kitabça, - Oxfam Bərdə nümayəndəliyi, -2015, -21 s.

Dərs və metodiki vəsaitlər:

Hacıyev C.Ə., Allahverdiyev E.R., Ələkbərov F.Ş. və başq. Kənd təsərrüfatının əsasları. Fənn proqramı. –Gəncə, ADAU-nun nəşriyyatı, 2011, 11 s.

Məqalələr

İsti yay dövründə suvarma suyu çatışmadıqda yoncalıqların məhsuldarlığının artırılması // Azərbaycan Milli Elmlər Akademiyası, Gəncə Regional Elmi Mərkəz, Xəbərlər Məcmuəsi, №25, Elm nəşriyyatı, Gəncə, 2006, s.63-65.

Torpağın müxtəlif dərinlikdə becərmə üsullarının onun su-fiziki xassələrinə, aqreqatın məhsuldarlığına və yanacaq sərfinə təsiri // Azərbaycan Elmi Tədqiqat Pambıqçılıq İnstitutunun əsərlər məcmuəsi, №76, Gəncə, 2007, s.61-64.

Üçtarlalı pambıq-yonca-taxıl növbəli əkin dövriyyəsi: tətbiqi və torpağın becərilməsinin yoncanın bitki sıxlığına təsiri // Azərbaycan Milli Elmlər Akademiyası, Gəncə Regional Elmi Mərkəz, Xəbərlər Məcmuəsi, №30, Elm nəşriyyatı, Gəncə,2007, s. 55-59

Üçtarlalı pambıq-yonca-taxıl növbəli əkin dövriyyəsində müxtəlif dərinlikli torpaq becərmələrinin taxılın və yoncanın məhsuldarlığına təsiri // Azərbaycan Aqrar Elmi, № 1, Bakı, 2008, s.75-76

Оценка методов определения количества новообразованного  гумуса от запашки растительных остатков // Azərbaycan Aqrar Elmi, № 6, Bakı, 2008, s.23-24

Fermer Rəfi köhnə yoncalıqları cavanlaşdıraraq ot məhsuldarlığını yüksəldir // Kənd Təsərrüfatı Nazirliyi Yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi, İkinci K/T-nın İnkişafı və Kreditləşdirilməsi Layihəsi, Gəncə Biznes Qrup, tövsiyə-buklet, iyun, 2008, 2s.

Kiçik pambıqçılıq təsərrüfatları üçün qısa tarlalı, yeni növbəli əkin sistemi // Azərbaycan Dövlət Aqrar Universiteti, Aspirantların, magistrantların və bakalavr pilləsində təhsil alan tələbələrin “Müasir dövrdə aqrar islahatlar, reallıqlar və problemlər” mövzusuna həsr olunmuş elmi-praktiki konfransın materialları, Gəncə, 2009, s. 29-32

Динамика водно-физических свойств почвы в зависимости от способов и глубины  ее обработки в трехпольном севообороте // Аграрная наука, №5, 2009, М., с.13-14

Üçtarlalı pambıq-yonca-taxıl növbəli əkin dövriyyəsinin aqro-iqtisadi səmərəliliyi // Azərbaycan Aqrar Elmi , № 6, Bakı, 2009, s.168-170

Pambıqçılıqla məşğul olan kəndli-fermer təsərrüfatları üçün qısa rotasiyalı yeni növbəli əkin sistemi // Azərbaycan Elmi Tədqiqat Pambıqçılıq İnstitutu, 12.01.2010, pr№1. tövsiyə-buklet

Pambıqçılıqla məşğul olan mövcud fermer təsərrüfatlarında torpaqların münbitliyinin qorunması və yüksəldilməsi // Azərbaycan Dövlət Aqrar Universiteti, Gənc alimlərin “Aqrar elmin inkişaf istiqamətləri” mövzusuna həsr olunmuş elmi-praktiki konfransın materialları, Gəncə, 2010, s. 30

Pambıq növbəli əkinləri ilə bağlı dünya təcrübəsindən // Azərbaycan Elmi Tədqiqat Pambıqçılıq İnstitutunun əsərlər məcmuəsi , №78, Gəncə, 2010, с.40-42.

K вопросу сохранения и повышения плодородия почвы в малых фермерских хозяйствах // Красноярский государственный аграрный университет, Материалы международной заочной научной конференции  (25 апрель 2011 г.), с.7-9

Məhsulu iqlim dəyişikliklərinin təsirindən necə qorumalı // Kənd Təsərrüfatı Nazirliyi Yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi, İkinci K/T-nın İnkişafı və Kreditləşdirilməsi Layihəsi, Gəncə Biznes Qrup, 2011, fevral, tövsiyə-buklet

Torpağın bioloji fəallığının yaxşılaşdırılmasında və onun münbitliyinin davamlı olmasında müasir aqrotexnologiyaların rolu // Professor Muxtar Rzaqulu oğlu Abduyevin 85 illik yubleyinə həsr olunmuş “Azərbaycan torpaqları: genezis, coğrafiya, meliorasiya, səmərəli istifadə, ekologiya” mövzusunda beynəlxalq elmi konfransın əsərlər toplusu. Bakı, 2012, s. 195-199

Azərbaycan respublikasının ali təhsil müəssisələrində idarəetmə strukturunun  modernləşdirilməsi // “Təhsilin yeniləşməsi və inkişaf etdirilməsində  beynəlxalq meyillər: kredit sistemində qiymət, dəyər və keyfiyyət” mövzusuna həsr edilmiş beynəlxalq simpoziumun materialları, 23-24 noyabr 2012 ci il, Gəncə, Azərbaycan, s.76-77.

Intensiv əkinçilikdə kimyəvi maddələrdən istifadənin aqroekoloji aspektləri // ADAU-nun elmi əsərləri, №1,2013, s.62-66.

Yeni təsərrüfat formalarında növbəli əkinlərin tətbiqinin təşkili // Azərbaycan Dövlət Aqrar Universiteti, Ümummilli lider Heydər Əliyevin 90 illik yubleyinə həsr olunmuş “Ümumrespublika elmi-praktik” konfransın materialları, 25-26 aprel, 2013-cü il, s. 39-42.

Влияние способов и глубины основной обработки почвы на продуктивность культур трехпольного севооборота // Материалы VII Международной научно-практической конференции молодых исследователей «Наука и молодежь: новые идеи и решения», г. Волгоград, май 2013 г., c.155-157

Влияние на водно-физические свойства почвы способов и глубины ее обработки под посев озимой пшеницы с весенним подсевом под покров люцерны // Материалы VIII Международной научно-практической конференции молодых исследователей «Наука и молодежь: новые идеи и решения», г. Волгоград, апрель 2014 г., c.186-190

Ekoloji əkinçilik zəminində buğda bitkisinin mütərəqqi səpin üsullarında becərilməsi // Azərbaycan Texnologiya Universiteti, “Davamlı inkişaf və texnoloji innovasiyalar” mövzusunda konfransın materialları, 2014, s. 36-40

Torpağın münbitliyinin yaxşılaşmasında tətbiq olunan intensiv və üzvi-bioloji əkinçilik sistemlərinin bəzi aqroekoloji aspektləri // Aqrar Elm Mərkəzi,  Ümummilli lider Heydər Əliyevin 91-ci ildönümünə və Milli Qurtuluş gününə həsr olunmuş “Gənc alimlərin kənd təsərrüfatında rolu: problemlər və imkanlar” mövzusunda Beynəlxalq Elmi Konfransın materialları, 17-18 iyun, 2014-cü il, s. 140-145

Müxtəlif sələf bitkilərinin torpağın münbitliyinə və pambığın məhsuldarlığına təsiri // ADAU-nun elmi əsərləri, №3, 2014, s.12-16

Taxıl, yonca və pambıq əkən fermerlər üçün qısa tarlalı yeni növbəli əkin sistemi//ADAU-nun elmi əsərləri, №2, 2015, s.24-26

Torpağın mulçalanması və onun  əhəmiyyəti haqqında fermerlərə məsləhətlər//,,Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək Layihəsi (SİBİDL),  Gəncə Regional İatisadi Məsləhət Mərkəzi, iyun- 2015, tövsiyə-buklet