Aqronomluq fakültəsi

“Tələbə əlinin duzu” adlı salat hazırlanma müsabiqəsi keçirilib

20 may 2017-ci il tarixində ADAU-nun aqronomluq fakültəsində  IV İslam Həmrəyliyi Oyunlarına həsr edilmiş “Tələbə əlinin duzu” adlı salat hazırlanma  müsabiqəsi keçirilb.  Tədbiri giriş sözü ilə açan aqronomluq fakültəsinin dekanı Məhərrəm İsmayılov qeyd edib ki, hal-hazırda Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan 124 medal qazanmışdır ki, bunlardan da 63-ü qızıl, 35-i gümüş, 26-sı bürüncdür. Belə ki, ölkəmiz artıq neçə illərdir ki, öz sözünü tək siyasi arenalarda demir, həmçinin dünyanı da öz evində qonaq edir. Bu işlərin görülməsində cənab prezidentimiz İlham Əliyevin və Birinci Vitse prezident Mehriban xanım Əliyevanın rolu əvəz olunmazdır .

Tələbə əlinin duzu ” adlı salat hazırlanma  müsabiqəsində səkkiz komanda     “Stars”, “Zəfər”, “Şampinion”, “Magnolia”, “Perfect cooks”, “Qızıl əllər”, “Günəbaxan”, “Dominant ” komandaları iştirak etmişdir . Müsabiqənin  yekununa  görə I-yer  aqronomluq ixtisasının “Perfect cooks” , II-yer torpaqşünaslıq və aqrokimya ixtisasının “Magnolia ”,  III-yer su bioehtiyatları və akvabitkilər ixtisasının “Dominant ” , IV –yer aqronomluq  ixtisasının (rus bölməsi ) “Günəbaxan” komandası layiq görülmüşdür.

Tədbir musiqi sədaları altında keçmiş,  tələbələr öz çıxışları ilə bir-birini əvəz etmişdir .Tədbirdə universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov iştirak edib.