Aqronomluq fakültəsi

“Gəzən kitabxana” ADAU-da

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən Gəncə şəhərində “2016-cı il Avropa Gənclər Paytaxtı” çərçivəsində “Gəzən Kitabxana III” adlı layihə həyata keçirilir. Layihə çərçivəsində, şəhərin digər yerləri ilə yanaşı, kitabxana 10 gün müddətində Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbələrinə xidmət göstərəcəkdir.  2016-cı ilin 27 oktyabr tarixindən universitetdə reallaşan layihənin əsas məqsədi gənclərin kitaba, eləcə də elektron qiraətə marağını artırmaqdır.

“Gəzən kitabxana III” layihəsi çərçivəsində üstüörtülü, xüsusi yük maşınında səyyar fəaliyyət  göstərən kitabxanada beş min kitab və on min elektron nəşr var. Bu gündən etibarən 45 gün ərzində “Gəzən kitabxana”nın zənginləşdirilmiş kitab fondu, həmçinin yenilənmiş elektron kitab bazası ilə birgə tələbələrin istifadəsinə veriləcəkdir.

 

Ünvan: Özan küçəsi, 210.Aqronomluq,  Baytarlıq korpuslarının, tələbə yataqxanasının yerləşdiyi ərazi.