Aqronomluq fakültəsi

Fakültələrdə Dövlət Bayrağı Günü qeyd edilib

Umummilli liderimiz Heydər Əliyev qeyd etmişdirki, Bayrağımız - Dövlətçiliyimizin və müstəqilliyimizin rəmzidir. 
Qarşıdan gələn Dövlət Bayrağı Günü münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edib, firəvan həyat, xoş günlər arzulayırıq. 
Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüz tezliklə işğaldan azad olunaraq , milli dövlət bayrağımız tam əminik ki, həmin torpaqlarda qaldırılacaqdır.
Aqronomluq fakültəsi Dövlət Bayrağı Günü münasibətilə 04 noyabr 2017-ci il tarixində tədbirlərin keçirilməsinə başlamış, I kurs tələbələri ilə tədris auditoriyasında , tədris binasının qarşısında və yeni istifadəyə veriləcək tələbə evində bayrağımızın rəmzini canlı nümayiş etdiriblər.

 Universitetin digər fakültələrində də Dövlət Bayrağı Gününə həsr olunan tədbirlər keçirilib.