Aqronomluq fakültəsi

Elmi nailiyyətlərin sərgisi keçirilib

Son illər Azərbaycan Dövlət Aqrar Universitetində tədris prosesi ilə yanaşı elmi-tədqiqat işlərinin də keyfiyyəti artıb və bunun üçün hərtərəfli şərait yaradılıb. Bu baxımdan universitetin elmlər doktoru və professorlarının  əldə etdiyi elmi nailiyyətləri nümayiş etdirilməsinə də ciddi ehtiyac var. Universitetdə yeni yaradılan laboratoriyaların, tədris-təcrübə mərkəzlərinin və təcrübə sahələrinin potensial imkanlarından da səmərəli istifadə edilir.  Beləcə, elmi-tədqiqat işlərinin səmərəliliyinin artırılması və kommer­si­ya­laşdırılması qarşıda duran vəzifələrin istiqamətlərinin müəyyən­ləşdirilməsinə daha geniş mənada imkan verir.

Bütün bunları nəzərə alaraq universitetin Baytarlıq təbabəti və zoomühəndislik fakültəsində təhsil müəssisəsində çalışan elmlər doktoru və professorların elmi nailiyyətlərini əks etdirən sərgi təşkil edilib. Sərgi təşkil edilən foyedə  dərsliklər, dərs vəsaitləri, müəlliflik şəhadətnamələri, patent və ixtiralar ayrıca nümayiş etdirilib.

Sərgidə iştirak edən ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov sərginin əhəmiyyətindən, gələcəkdə bu kimi tədbirlərin sayının artırılmasının vacibliyindən danışıb. Rektor universitet Elmi Şurasının qərarı ilə elmlər doktoru elmi dərəcəsi və professor elmi adı olan əməkdaşların aylıq əmək haqlarına 200 manat əlavə olunduğunu bildirib.