Aqronomluq fakültəsi

Aqronomluq fakültəsinin tələbələrinə Şəmkir rayonunda intensiv meyvə bağında açıq dərslər keçirilib

08 dekabr 2016-cı il tarixində aqronomluq fakültəsinin “aqronomluq”, ”torpaqşünaslıq və aqrokimya” ixtisaslarının III kurs tələbələri Şəmkir rayonunun Mahmudlu kəndində yerləşən sahibkar Mayis Qurbanovun təsərrüfatındakı müasir tipli  intensiv  meyvə bağında açıq dərslər və video çəkilişlər aparılmışdır. Məqsəd intensiv meyvə bağının salınması, cərgə aralarından səmərəli istifadə, tinglik təsərrüfatı, ağacların budanılması, onlara müxtəlif çətir formaların verilməsi haqqında tələbələrə izahatlar verilmişdir. Bağçılıq kafedrasının müdiri, dosent Hüseyn İdrisov,  kafedranın dosenti Yeganə Süleymanova, bağda çalışan  mütəxəssislər  tələbələrlə qarşılıqlı fikir mübadiləsi etmişlər.  Sonra, meyvə bağında torpaq kəsimlərinin götürülməsi qaydası, sahəvi torpaq analizlərinin aparılması  üsulları barədə   torpaqşünaslıq və aqrokimya kafedrasının assistenti Rəsmiyyə   Quliyeva tələbələrə geniş məlumat vermişlər.