Aqronomluq fakültəsi

Aqronomluq fakültəsində 20 yanvar faciəsinə həsr olunan tədbir keçirilmişdir

18 yanvar 2017-ci il tarixində aqronomluq fakültəsində 20 yanvar faciəsinə həsr edilmiş tədbir keçirilmişdir. Fakültənin dekanı Məhərrəm  İsmayılov  20 yanvar faciəsi barədə məlumat verərək  tədbiri açmış, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra isə biologiya kafedrasının professoru Bəhman  Əliyev  çıxış edərək şəhidlərin ruhuna “Fatihə ”sürəsi vermişdir. Tələbələrdən  A.Novruzova, Z.Balakişiyeva,  P.Ələkbərova , S.Abbasova, Ə.Məmmədova , Ş.Yusifova, V.Məmmədova , N.Əslibəyova , E.Aslanova , N.Verdiyeva   şer kompozisiyası ilə çıxış etmişlər . Daha sonra Z.Balakişiyeva  , E.Aslanova,  R.Çələbiyev  “İlham və Fərizə”nin  həyat yoluna həsr edilmiş səhnəcik gösdərilmişdirlər . Səhnəciyinin daxilində Ə.Rəhimov və Ü.Verdiyev “mən şəhid oldum ” musiqi parçası səsləndirdilər . Sonra dillər kafedrasının müdiri Aidə Həsənova 20 yanvar faciəsi haqqında fikrini bildirmişdir. 

   Tədbirin sonunda ADAU-nun rektoru,AMEA-nın müxbir üzvü ,professor İbrahim Cəfərov  çıxış edərək o zamanki   SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törədilmiş vəhşiliyi tənqid etdi və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin  həmin hadisədən cəmi bir gün sonra öz ailəsi ilə birlikdə həyatını təhlükəyə ataraq  dünyanın kütləvi informasiya vasitələrinin  nümayəndələrinə SSRİ rəhbərliyinin və şəxsən M.Qorbaçovun ifşa etməsini tədbir iştirakçılarına  çatdırdı.