Aqronomluq fakültəsi

Aqronomluq fakültəsində 18 oktyabr Dövlət Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilmişdir

2018-ci il 18 oktyabr tarixində aqronomluq fakültəsində Dövlət Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirə Azərbaycan dövlətinin himni ilə başlanmış , ADAU-nun tərbiyə işləri üzrə prorektor, dosent  Aidə Qasımova, fakültənin dekanı dosent Məhərrəm İsmayılov  müstəqilliyimizin memarı olan Ümummilli Liderimiz Heydər Əliyevin xalqımıza etdiyi əvəzsiz xidmətini və ölkə prezidenti cənab İlham Əliyevin apardığı uğurlu işlərdən söhbət açmışlar, "müstəqilliyimiz ,varlığımız, gələcəyimiz xaqımızın əbədi yaşayış tərzidir" mövzusunda çıxışlar etmişdirlər.  Torpaqşünaslıq və aqrokimya ixtisasının birinci kurs tələbəsi Səid Musazadə
müstəqilliyin bizə bəxş elədiyi xoş  gələcəkdən danışmışdır.

Sonra fakültənin ixtisasları üzrə təşkil edilmiş komandalar arasında müstəqillik gününə həsr edilmiş intelektual yarışma başlanmışdır. On komanda arasında müstəqilliyimizə həsr edilmiş bilik yarışmasında “aqronomluq” ixtisasının (azərbaycan bölməsi) “aqronomluq” komandası birinci yerə layiq görülmüş,  komanda fəxri fərmanlarla  təltif edilmişlər.

Yarışın gedişində musiqi fasiləsi elan edilmiş , tələbələr müstəqiliyimizin uğurlarına həsr edilmiş şeir kampazisiyaları ilə çıxış etmişdirlər .
Universitetin rektoru AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov tədbirdə iştirak etmiş, Azərbaycan xalqını Milli Müstəqillik Günü münasibətilə təbrik etmişdir.