Aqronomluq fakültəsi

"Akademik Həsən Əliyev Azərbaycan təbiətinin vurğunudur" adlı inşa yazı müsabiqəsi keçirilib

20 noyabr 2017-ci il tarixində Aqronomluq fakültəsində  tələbələr arasında "Akademik Həsən Əliyev Azərbaycan təbiətinin vurğunudur" adlı inşa-yazı müsabiqəsi olub. Müsabiqədə  100 tələbə iştirak edib. Müsabiqədən əvvəl universitetin tərbiyə işləri üzrə prorektoru Aidə Qasımova, fakültə dekanı Məhərrəm İsmayılov akademikin həyatı, fəaliyyəti və elmi araşdırmaları haqqında müsabiqə iştirakçılarını məlumatlandırıb, onlara uğur arzulayıblar.

Müsabiqənin qalibləri universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov tərəfindən mükafatlandırılıb, fəxri fərmanlarla təltif olunublar.