Aqronomluq fakültəsi

ADAU-nun professor-müəllim və tələbə heyəti üçün bayram şənliyi təşkil olunub

2016-cı il dekabrın 27-də  “Gold İmperial” şadlıq sarayında ADAU-nun professor-müəllim heyəti və tələbələrinin iştirakı ilə Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il Bayramı qeyd edilmişdir. Şənlik Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanmış, müstəqil ölkəmiz və şəhərimiz haqqında video çarxlar nümayiş etdirilmiş, viktorinalar təşkil edilmişdir. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov 2016-cı ildə əldə olunmuş uğurlar, ölkənin kənd təsərrüfatının yüksəkixtisaslı mütəxəsisslərə olan ehtiyacının ödənilməsi sahəsində universitetdə görülmüş işlər barədə danışıb və kollektivi bayram münasibəti ilə təbrik edib. Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Naqif Həmzəyev və digər qonaqlar təbriklərə qoşularaq kollektivi Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il Bayramı münasibətilə ADAU-nun professor-müəllim və tələbə heyətini səmimi qəlbdən təbrik etmişlər.