Aqronomluq fakültəsi

ADAU-nun Aqronomluq fakültəsində Texas A&M Universitetinə tələbə və müəllim heyətinin səfəri üzrə təqdimat keçirilib

Azərbaycan Kənd Təsərrüfatı Tədris və İnkişaf Mərkəzinin (AgroCenter)  Azərbaycan Dövlət Aqrar Universitetində həyata keçirdiyi kənd təsərrüfatı sahələri üzrə Glimmer Tədris Təkmilləşdirmə proqramı çərçivəsində  əməkdaşlıq etdiyi Texas A&M Universitetinə tələbə və müəllim heyətinin səfəri üzrə Aqronomluq fakültəsində təqdimat keçirilib.

Təqdimatda Texas A&M Universitetinin tədris prosesi, elmi tədqiqat işləri, tələbələrin peşəkar inkişafı üçün tətbiq edilən metod və layihələr haqda müəllim və tələbə heyətinə geniş məlumat verilib.

Məruzəçi, Azərbaycan Dövlət Aqrar Universitetinin dosenti Fariz Ələkbərovun, universitetdə olan elmi-tədqiqat laboratoriyaları, təcrübə sahələri, genefond, seleksiya mərkəzinin fəaliyyəti, iş proseduru üzrə təqdim etdiyi geniş məlumat iştirakçılarda xüsusi marağa səbəb olub.

Layihə iştirakçıları tələbələrin tədrisi üçün təşkil edilən infrastruktur və asudə vaxtın səmərəliliyində həyata keçirilən layihələrin xüsusiyyətləri üzrə təəssüratlarını bölüşüblər. Nümayəndə heyəti, Baltimor şəhərində keçirilən Amerika, Torpaq, Bitki və Ekologiya Elmləri (Soil and Crop, Environmental Sciences- SACES) Cəmiyyətinin beynəlxalq konfrans, bu çərçivədə təşkil olunan sərgi və sərgi zamanı əldə etdiyi müasir texnologiyalar haqda bilgiləri də təqdim edib.

Təqdimatın sonunda  müxtəlif istiqamətləri əhatə edən sual - cavab keçirilib.