Aqronomluq fakültəsi

ADAU-nun alimləri daha bir təlimi Şəmkirdə keçib

ADAU-nun Aqronomluq fakültəsinin bir qrup professor-müəllim heyəti Şəmkir Dövlət Aqrar İnkişaf Mərkəzində “Payızlıq əkinlərə qulluq və yazlıq bitkilərinin səpinini optimal müddətdə aparılması" mövzusunda təlim keçiblər.

Təlimdə rayonun müxtəlif kəndlərində əkinçiliklə məşğul olan 20-dən artıq təsərrüfat sahibi iştirak edib. Əvvəlcə iştirakçılara təlimin məqsədi barədə məlumat verilib. Bildirilib ki, Universitetin əməkdaşları mütəmadi olaraq rayonlarda fermerlərlə görüşərək təsərrüfat sahiblərinin əkinçiliklə bağlı problemləri ilə maraqlanır, onların bilik və bacarıqlarının artırılması istiqamətində marifləndirici söhbətlər aprırlar.

Çıxış edən torpaqşünaslıq və aqrokimya kafedrasının müdiri, dosent Arif Hüseynov fermerlərə torpağın gübrələnməsinin əhəmiyyətindən danışıb və bol məhsul əldə etmək üçün mineral gübrələrdən istifadənin zəruruliyindən bəhs edib.

Bitkiçilik və bitki mühafizəsi kafedrasının müdiri, dosent Qurban Məmmədov payızlıq əkinlərə qulluq barədə danışaraq taxıl və yonca sahələrində hazırda aparılması vacib olan tədbirlərdən, ümumi əkinçilik, genetik və seleksiya kafedrasının müdiri, dosent , ADAU-nun professoru Aynur Həsənova torpağın becərilməsi məsələləri barədə məlumat verib, səpin müddəti və səpin dərinliyi haqda ətraflı söhbət açıb.

Ümumi əkinçilik, genetika və seleksiya kafedrasının dosenti Məşədi Hüseynov səpinə göstərilən aqrotexniki tələblər və toxumun səpin üçün hazırlanmasından danışaraq fermerləri maarifləndirib.