Aqronomluq fakültəsi

ADAU-da 9 noyabr “Dövlət bayrağı günü”nə və 12 noyabr “Konstitusiya” gününə həsr olunmuş tədbir keçirilmişdir

 8 noyabr 2016-cı il tarixində Aqronomluq fakültəsində  9 noyabr “Dövlət bayrağı günü”nə və 12 noyabr “Konstitusiya” gününə həsr olunmuş tədbir keçirilmişdir.Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanmışdır. Fakültənin dekanı, dosent Məhərrəm İsmayılov tədbiri açaraq  sözü ADAU- nun rektoru, AMEA-nın müxbir üzv , professor İbrahim Cəfərova vermişdir. Rektor bayrağımızın müqəddəsliyi, konstitusiyamızın humanistliyi haqqında çıxış etmiş, professor-müəllim və tələbə kollektivini təbrik etmişdir. 
Fakültənin birinci kurs tələbəsi Səfərov Şamil Səmər oğlu çıxış edərək bayrağı sevməyin əmanətlərə sahib çıxmağı bacarmaq olduğunu, konstitusiyamızın xalqa xidmətinin böyüklüyündən danışmışdır. Sonra fakültənin tələbələri A Novruzova, N. Verdiyeva, Z. Balakişiyeva, S. Hüseynova, P. Ələkbərova, N. Əslibəyova, Y . Abazalıyev, T. Bağırova , E. Aslanova, hazırladıqları şeirlər və Z. Balakişiyeva, Ş. Səfərov “Çırpınırdı Qara Dəniz ” musiqili kompazisiyaları ilə çıxış ediblər.
Daha sonra fakültənin ixtisaslar üzrə təşkil edilmiş komandalar arasında bilik yarışması keçirilmişdir. Yarışmada musiqi fasiləsi elan edilmiş, fakültə tələbələrindən Ə. Rəhimov, Ü. Verdiyev, R. Çələbiyev musiqi parçaları ilə çıxış ediblər.
Altı komanda arasında keçirilən yarışda “meşəçik” ixtisasının “Meşəçilər” komandası  I  yer, “torpaqşünaslıq və aqrokimya” ixtisasının “Kaspian” komandası II yer, “aqronomluq” ixtisasının “Aqronomluq” komandası III yerə layiq görülüb və  xüsusi fəxri fərmanlarla təltif ediliblər.