Aqronomluq fakültəsi

Vüqar Bəşirov

Dosent əvəzi

Aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent əvəzi

Azərbaycan Dövlət Aqrar Universitetinin Bitkiçilik və bitki mühafizəsi kafedrasının dosent əvəzi

Mob.tel: (+99450) 644 11 66

İş tel: (+99422) 256 30 80

E-mail: vugar.bashirov@gmail.com

Doğum tarixi

4 dekabr, 1979-cu il

Təhsili, elmi dərəcəsi, elmi adı

2000-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) aqronomluq ixtisası üzrə bakalavr dərəcəsi almışdır.

2002-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) aqronomluq ixtisası üzrə magistr dərəcəsi almışdır.

2010-cu ildə “Gəncə-Qazax bölgəsində taxılaltı torpaqların münbitlik modeli” mövzusunda fəlsəfə doktorluğu proqramı üzrə dissertasiya müdafiə edərək aqrar elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.

Əmək fəaliyyəti

2014 – indiyədək. Azərbaycan Dövlət Aqrar Universiteti Bitkiçilik və bitki mühafizəsi kafedrasında dosent əvəzi.

2008 – 2014. Azərbaycan Dövlət Aqrar Universiteti Torpaqşünaslıq, aqrokimya və ekoloji kənd təsərrüfatı kafedrasında baş müəllim.

2011 – 2012. Azərbaycan Dövlət Aqrar Universiteti Beynəlxalq əlaqələr şöbəsində mütəxəssis.

2008 – 2012. Azərbaycan Kənd Təsərrüfatı Akademiyası. “Torpağın və ətraf mühitin ekoloji monitorinqi” tədqiqat laboratoriyasında elmi işçi.

2007 – 2010. “AZEKOSERT” MMC (ekoloji sertifikatlaşdırma orqanı) – keyfiyyət sistemi üzrə menecer və direktor.

2003 – 2005. Beynəlxalq Buğda və Qarğıdalının Yaxşılaşdırılması Mərkəzi. CIMMYT/Gürcüstan Buğda Proqramında menecer/aqronom.

2002 – 2005. Gəncə Aqrobiznes Assosiasiyasında kənd təsərrüfatı üzrə məsləhətçi / İnformasiya meneceri / layihə koordinatoru / təlimçi.

Apardığı dərslər

Bakalavrda – “Bitkiçilik məhsullarının istehsalı texnologiyası”, “Bitki ekologiyası”, “Ekoloji kənd təsərrüfatı”, “Torpağın aqrokimyəvi tədqiqat üsulları”.

Magistraturada – “Bitkiçilikdə ətraf mühit faktorları və onun modelləşdirmədə tətbiqi”, “Davamlı kənd təsərrüfatına sistemli yanaşma”, “Torpaqların keyfiyyətinin monitorinqi və ekoloji nəzarət”.

Elmi yeniliyi

İlk dəfə olaraq Gəncə-Qazax bölgəsində yayılmış taxılaltı torpaqların konseptual və riyazi münbitlik modelləri və münbitliyin optimal parametrlərini işləyib hazırlamışdır.

Mükafatları

2010-cu il Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Fəxri fərmanı.

Tədqiqat sahəsi

Torpaq münbitliyi, bitkilərin qidalanması, ətraf mühitə təsirin qiymətləndirilməsi, ekoloji kənd təsərrüfatı, keyfiyyətin idarəedilməsi və sertifikatlaşdırma.

Beynəlxalq treninqlər, simpozium və konfranslar

2002-ci il, 8-29 iyul. “Ekoloji kənd təsərrüfatı və onun prinsipləri” treninq kursunu bitirmişdir. ELKANA Bioloji Kənd Təsərrüfatı Assosiasiyası tərəfindən keçirilmişdir. Tbilisi, Gürcüstan.

2004-cü il, 17 iyun  – 14 iyul. “Toxumçuluq sistemlərinin təşkili və idarəedilməsi” beynəlxalq təlim kursunu bitirmişdir. InWent - Capacity Building International tərəfindən təşkil edilmişdir. Leypsiq, Almaniya.

2004-cü il, iyun 14-17. Dənli taxıl və paxlalı bitkilər üzrə beynəlxalq Qafqaz konfransında iştirak etmişdir. Tbilisi, Gürcüstan.

2005-ci il, 17-18 oktyabr. “Ekoloji kənd təsərrüfatı üzrə məsləhət xidməti və inspeksiya” beynəlxalq təlim kursunu bitirmişdir. GTZ təşkilatı tərəfindən təşkil edilmişdir. Tbilisi, Gürcüstan.

2009-cu il oktyabr və 2010-cu il sentyabr. “Cənubi Qafqazda ətraf mühitin mühafizəsi və təbii resursların idarəedilməsi” layihəsi üzrə 2-8 oktyabr 2009-cu il Tbilisidə keçirilmiş DAAD Ekspertlərin seminarı və 18-28 sentyabr 2010-cu ildə Y.Libix adına Gissen Universitetində keçirilmiş DAAD Yay Məktəbində iştirak etmişdir.

2008-ci il, 23-26 aprel. “Ekoloji inspektorluq” beynəlxalq təlim kursunu bitirmişdir. CERES GmbH təşkilatı tərəfindən təşkil edilmişdir. Happurq, Almaniya.

2008-ci il, 14-22 may. “Kompostlaşdırma texnologiyası” üzrə ilk beynəlxalq təlim kursunu bitirmişdir. Kassel Universiteti tərəfindən təşkil edilmişdir. Witsenhausen, Almaniya.

2008/2009/2010-cu il, fevral. BioFach Dünya Ekoloji Ticarət Sərgisində iştirak etmişdir. Nürnberq/Messe, Almaniya.

2009-cu il, sentyabr 10-11. Mərkəzi/Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində ekoloji sektorun inkişafı üzrə beynəlxalq konfransda iştirak etmişdir. Tbilisi, Gürcüstan.

2012-ci il, 20-22 iyun. CALIDENA metodologiyası (keyfiyyət infrastrukturları və xidmətlərini inkişaf etdirmək üçün özəl sektorun iştirakını təmin etməklə keyfiyyətə nəzarət və dəyər zəncirinin analizi) üzrə təlimçilərin təlimini bitirmişdir. PTB, GIZ. Tbilisi, Gürcüstan.

Seçilmiş əsərləri

Dərs və metodik vəsaitlər:

Babayev A.H., Babayev V.A., Mohumayev V.R., Bəşirov V.V. “Ekoloji kənd təsərrüfatının əsasları” fənni üzrə tədris proqramı (bakalavriat). Azərbaycan Respublikası Təhsil Nazirliyinin 02 mart 2011-ci il tarixli 359 saylı əmri ilə qrif verilmişdir, Gəncə 2010, 5 səh.

Məmmədov Q.Y., Bəşirov V.V. “Bitkiçilik məhsullarının istehsalı texnologiyası” fənni üzrə tədris proqramı (bakalavriat). Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07 aprel 2011-cü il tarixli 546 saylı əmri ilə qrif verilmişdir, Gəncə 2015, 24 səh.

Məmmədov Q.Y., Bəşirov V.V. “Bitki ekologiyası” fənni üzrə tədris proqramı (bakalavriat). Azərbaycan Respublikası Təhsil Nazirliyinin 22 iyul 2014-cü il tarixli 837 saylı əmri ilə qrif verilmişdir, Gəncə 2015, 12 səh.

Məmmədov Q.Y., Bəşirov V.V. “Bitkiçilikdə ətraf mühit faktorları və onun modelləşdirmədə tətbiqi” fənni üzrə tədris proqramı (magistratura). Azərbaycan Respublikası Təhsil Nazirliyinin 22 iyul 2014-cü il tarixli 837 saylı əmri ilə qrif verilmişdir, Gəncə 2015, 12 səh.

Məmmədov Q.Y., Bəşirov V.V. “Davamlı kənd təsərrüfatına sistemli yanaşma” fənni üzrə tədris proqramı (magistratura). Azərbaycan Respublikası Təhsil Nazirliyinin 22 iyul 2014-cü il tarixli 837 saylı əmri ilə qrif verilmişdir, Gəncə 2015, 12 səh.

Məqalələr:

Bashirov V.V., Babayev A.H. Modeling nutrient regime of light-chestnut soils under different wheat varieties // Proceedings of International Caucasian Conference on Cereals and Food Legumes. June 14-17, Tbilisi, 2004, pp. 415-416.

Bəşirov V.V. Tirəyə səpin texnologiyasının dənli taxıl bitkilərinin qida ehtiyatı formala­rın­dan istifadəsinin effektivliyinə təsiri // Azərbaycan Aqrar Elmi Jurnalı, № 5, 2009, səh. 142-144.

Bashirov V.V. Nutrient Reserve Forms of Potassium in Some Soils of Azerbaijan // Annals of Agrarian Science, 2009, Vol. 7, No 2, pp. 83-85.

Bashirov V.V. Mathematical Model of Nutrient Regime of Haplic Kastanozems // Annals of Agrarian Science, 2009, Vol. 7, No 3, pp. 26-28.

Bashirov V.V. Correlation Study Between Soil Nutrient Indices and Yield of Wheat and Barley in the Ganjabasar Region of Azerbaijan // International Journal of Soil Science, 2009, Vol. 4, No 4, pp. 114-122.

Bashirov V.V. Indices of fertility parameters and conceptual fertility model of irrigated sierozemic  meadow soils // Annals of Agrarian Science of Uzbekistan, 2009, Vol. 1-2, № 35-36, pp. 60-64.

Bəşirov V.V. Babayev A.H., Abbasov Z.M., Mehdiyev İ.T. Torpaq və enerjiqoruyucu texnologiyanın tətbiqi şəraitində Şəki Qaratorpaq kənd təsərrüfatı müəssisəsində buğda istehsalının iqtisadi və energetik səmərəliliyi // “İNSAN və BİOSFER” (MaB, YUNESKO), Azər­bay­can Milli Komitəsinin əsərləri. Buraxılış 6, 2010, səh. 65-76.

Bəşirov V.V. Boz-qəhvəyi torpaqların morfoloji əlamətlərinin təsviri və əsas fiziki-kimyəvi göstəriciləri // AMEA-nın Xəbərləri (biologiya və tibb elmləri). Cild 67, № 2, 2012, səh. 75-80.