Aqronomluq fakültəsi

Qurban Məmmədov

Kafedra müdiri

Biologiya elmləri üzrə fəlsəfə doktoru, dosent

Azərbaycan Dövlət Aqrar Universiteti Bitkiçilik və bitki mühafizəsi kafedrasının müdiri

(dosent)

Mob.tel: 050 5379253

İş tel: (22) 266-80-49

e-mail: Gurban1949@gmail.com

 

Doğum tarixi

 

02 oktyabr 1949-cu il

 

Təhsil, elmi dərəcə, elmi ad

 

1972-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) aqronomluq fakültəsini bitirib.

1979-cu ildə «Моделирование симбиотической ассоциации клубеньковые бактерии – бобовое растение (на примере инфицированных каллусов корней люцерны), - tərcüməsi “Paxlalı bitkilərin fır bakteriyalarının simbiotik assosiasiyalarının modelləşdirilməsi (yonca kökünün yoluxdurulmuş kallusu timsalında)” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək, “Mikrobiologiya” ixtisası üzrə biologiya elmləri namizədi adını almışdır.

1994-cü ildən dosentdir.

 

Əmək fəaliyyəti

 

2009 – hazırda -  Azərbaycan Dövlət Aqrar Universiteti Bitkiçilik və bitki mühafizəsi kafedrasının müdiri

1994-2008 –ci illər Azərbaycan Kənd Təsərrüfatı Akademiyası  Bitkiçilik kafedrasında dosenti

1992-1993 –cü illər Azərbaycan Kənd Təsərrüfatı Akademiyası Bitkiçilik kafedrasında dosent əvəzi

1991-1992 –ci illər Azərbaycan Kənd Təsərrüfatı Akademiyası Bitkiçilik kafedrasında assistent

1979-1991 –ci illər Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun “Tətbiq və patent tədqiqatları” şöbəsinin müdiri

1983-1989 –cu illər Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutu Aqrotorpaqşünaslıq və mikrobiologiya şöbəsində baş elmi işçi

1979-1983 –cü illər Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutu Aqrotorpaqşünaslıq və mikrobiologiya şöbəsində kiçik elmi işçi

1979 –cu il Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutu Aqrotorpaqşünaslıq və mikrobiologiya şöbəsində laborant

1976-1978 –ci illərdə K. A. Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyası Mikrobiologiya kafedrasında aspirant (əyani)

1974-1975 –ci illər Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitunda aqronom-torpaqşünas

1973-1974 -cü il Hərbi xidmətdə

1970-1973 -cü illər Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitunda aqronom-torpaqşünas

 

Apardığı dərslər

 

Bakalavrda – “Bitkiçilik”, “Bitkiçilik məhsullarının istehsal texnologiyası”, “Yem istehsalı” və “İntensiv bitkiçilik”

Magistraturada – “Bitkiçiliyin nəzəri əsasları və tətbiqi bitkiçilik”

 

Elmi yeniliyi

 

Kafedrada alınmış “Ləyaqətli” tritikale sortu Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasına təqdim olunub. (həmmüəllif)

 

Mükafatları

 

2007-ci il BMT-nin “XXİ əsrin gündəliyi” deklarasiyasının direktivlərinə uyğun olaraq Azərbaycanda ekoloji kənd təsərrüfatı hərəkatında aktiv iştirak etdiyinə görə Almaniya Təbiəti Mühafizə Agentliyinin prezidenti  Prof. Hartmut Vogtmann tərəfindən təltif edilmişdir. Bonn, oktyabr, Fəxri Fərman.

2010 –cu il Yüksək ixtisaslı kadrların hazırlanması sahəsində səmərəli pedaqoji fəaliyyətinə görə və universitetin 80 illik yubileyi münasibətilə Təhsil Naziri tərəfindən təltif edilmişdir., T-338 №-li qərar, Nazir M. Mərdanov Fəxri fərman.

 

Tədqiqat sahəsi

 

Azərbaycanın Qərb bölgəsində tarla bitkilərinin məhsuldarlığını yüksəldən və ekoloji məhsul istehsalını təmin edən texnoloji tədbirlərin optimallaşdırılması.

Bitkiçilik və dayanıqlı kənd təsərrüfatı sahəsində:

Norveç Bioloji Elmlər Universiteti ilə ADAU-nun “Norveç və Azərbaycan arasında kənd təsərrüfatının davamlı inkişafı üçün tədqiqat və təhsildə akademik əməkdaşlıq” layihəsində elmi-tədqiqat işi.

 

Beynəlxalq treninqlər, simpoziumlar və konfranslar

2002 –ci il (8-29 iyul) “Ekoloji kənd təsərrüfat və onun prinsipləri” təlim kursunu bitirmişdir, Biological Farming Association ELKANA tərəfindən təşkil edilmişdir. Tbilisi, Gürcüstan.

2004 cü il (20-21 aprel) “Yerli ekoloji planlaşdırma” mövzusunda (Ətraf Mühitin Mühafizəsi sahəsində Yerli Fəaliyyət Planı – МПДООС) təlim proqramını bitirmişdir. REM/Qafqaz, Tbilisi, Gürcüstan.

2004 –cü il, (14-17 iyun) “Taxıl və dənli-paxlalı bitkilər üzrə

beynəlxalq Qafqaz konfransı”. Tbilisi, Gürcüstan.

2006 –cı il “Ekoloji kənd təsərrüfatı” üzrə beynəlxalq kursda iştirak etmişdir. Kurs Biological Farming Accosiation ELKANA tərəfindən təşkil edilmişdir. Tbilisi, Gürcüstan.

2007 –ci l “Ekoloji Marketinq” təlimini bitirmişdir. Avalon fondu ilə birgə Agrolink Assosi­asiyası  tərəfindən təşkil edilmişdir. TMF Avalon layihəsi çərçivəsində Niderlandın Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilmişdir. Sofiya, Bolqarıstan.

2008 –il  “Yaşıl paket” üzrə təlim kursunu bitirmişdir. Regional Ekologiya Mərkəzi və DİU İctimai Birliyi.

2010 –cu il (21-22 may) “Aqrar təhsil sistemindəinnovasiya texnologiyalarının tətbiqi və beynəlxalq əlaqələr formaları”, ADAU. Gəncə Azərbaycan

2014 –cü il (22-24 sentyabr) “Müasir aqrar elm: Qloballaşma şəraitində əsrin aktual problemləri və inkişaf perspektivləri”, ADAU. Gəncə Azərbaycan

2014 –cü il, (14-23 oktyabr) “Türkiyə 5-ci Toxum Konqresi – Biznes Forum” konfransında iştirak etmişdir. Dicle Universiteti Diyarbakir, Türkiyə.

2015 –ci il (23-24 oktyabr) “Aqrar elmin və təhsilin innovativ inkişafı: Dünya təcrübəsi və müasir problemlər” ADAU. Gəncə Azərbaycan

 

Seçilmiş əsərləri 

 

Dərsliklər:

 

Məmmədov Q. Y., İsmayılov M. M. – Bitkiçilik – Bakı, “Şərq-Qərb”,  2012, 355 s.

 

Dərs və metodik vəsaitlər

Məmmədov Q.Y.. İsmayılov M. M. - Dənli-paxlalı bitkilər. “ADAU nəşriyatı”,  Gəncə, 2011, 138 s.

Məmmədov Q.Y.. İsmayılov M. M. – Qarabaşaq  “ADAU nəşriyatı”, Gəncə, 2011, 28 s.

 

Məqalələr

Bitkiçilik məhsulları istehsalının artırılması yolları. - Gəncə, ADAU-nun

Elmi əsərləri – 2010, № 2, səh. 21-23

Пожнивные посевы кукурузы – важный резерв увеличения производства зерна. - Сбор. Науч. Труд. «научное обеспечение развития АПК в условиях реформирования», Санкт – Петербургский ГАУ, 2011, стр. 44-46

Azərbaycanda Günəbaxan odlucasının (Homoesoma nebulella) iqtisadi-ziyanlı həddinin müəyyənləşdirilməsi. - Gəncə, Qloballaşma şəraitində təhsil və elmin inkişaf problemləri. Beynəlxalq elmi-praktiki konfransın tezisləri. 2011, 03-05 oktyabr, s. 52-54

Tələbə nailiyyətlərinin qiymətləndirilməsində yeni reytinq sistemi. -  

Gəncə, ADAU - Təhsilin yeniləşməsi və inkişaf etdirilməsində beynəlxalq meyarlar: kredit sistemində qiymət, dəyər və keyfiyyət beynəlxalq  simpozium - 2012,  23-24 noyabr

Kövşənlik qarğıdalı əkinlərinin məhsuldarlığını və yemlik dəyərini artırmaq yolları. - Gəncə, AzMEA-nın Gəncə REM, «Xəbərlər məcmuəsi» - 2012, № 46, səh. 104-107

Səpin müddəti və üsulunun Günəbaxan bitkisinin böyümə dinamikasına təsiri. - Gəncə,   ADAU-nun elmi əsərləri - 2013, № 3, səh. 51-53

Qarğıdalının məhsuldarlığını yüksəldən aqrotexniki tədbirlərin optimallaşdırılması. - Gəncə, Müasir Aqrar Elm: Qloballaşma Şəraitində Əsrin Aktual Problemləri və İnkişaf Perspektivləri Beynəlxalq Elmi-Praktiki Konfrns – 2014. I cild, səh. 170-172

Səpin müddəti və üsulunun Günəbaxan bitkisinin böyümə dinamikasına təsiri. - Gəncə, ADAU-nun elmi əsərləri - 2013, № 3, səh. 51-53

Education and Research in Sustainable Agriculture: Academic Partnership Between Azerbaijan and Norway / International Scientific-Practical Conference “. - Ganja, Azerbaijan. Modern Agricultural Science: Current Problems and Prospects of the Century in Conditions of Globalisation” dedicated to the 85th Anniversary of Azerbaijan State Agricultural University. 2014, 22-24 Sept, Vol. 1. pp. 19-21