Aqronomluq fakültəsi

“Milli Qurtuluş Günü”nə həsr olunan “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur” mövzusunda tələbələr arasında inşa yazı müsabiqəsi

1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdi. Lakin müstəqilliyin ilk illərində siyasi hakimiyyət boşluğu nəticəsində ölkədəki qeyri-sabitlik 1993-cü ilin iyun ayında  Azərbaycanda real vətəndaş müharibəsinin yaranmasına səbəb oldu. Vətənin bu ağır dövründə xalqımızın təkidli tələbi ilə Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdaraq 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun bizim tariximizə “Milli Qurtuluş Günü” kimi daxil oldu. Bu tarixi hadiəsinin əhəmiyyətinin  tələbə-gənclər arasında təbliği məqsədilə  2017-ci il iyunun 13-də saat 10:00-da  aqronomluq fakültəsinin 103 nömrəli auditoriyasında bakalavriat səviyyəsi əyani təhsil formasının birinci kurs tələbələri arasında Azərbaycan xalqının “Milli Qurtuluş Günü”nə həsr olunan “Ulu öndər  Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur” mövzusunda  inşa  yazı   müsabiqəsi keçiriləcəkdir.

Müsabiqənin qaliblərinə aşağıdakı həcmdə mükafatlar veriləcəkdir.

I yer üçün    - 200 manat

II yer üçün  - 150 manat

III yer üçün - 100 manat

Müsabiqədə iştirak etmək üçün dekanlığa müraciət etmək lazımdır.

TƏŞKİLAT KOMİTƏSİ