Aqronomluq fakültəsi

Biologiya kafedrası

BİOLOGİYA  KAFEDRASI

 

Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında ilk yaranan kafedralardan biri­dir. Kafedra yaranan tarixdən demək olarki dünyanın bir  çox görkəmli botanikləri  bu kafedrada işləyərək bö­yük elmi tədqiqat işləri aparmışlar. Azərbaycanda ali məktəblərdə tədris edilən botanika  fənni üzrə ilk dərsliklər bu kafedrada yazılmışdır. Kafedra öz fəaliyyəti döv­ründə 60-dan artıq elmlər namizədi, 6 elmlər doktoru, 30 artıq magistirlər  yetişdirmişdir.

 Biologiya kafedrası Politexnik İnstitutunun tərkibində 1922-ci ildə kənd təsərüffatı fakültəsi yaranan tarixdən təşkil edilmişdir. Kafedranın ilk təşkilatçısı və müdiri dünya şöhrətli botanik, akademik A.A.Qrossheym olmuşdur. Sonralar kafedraya professor N.A.Lebedyev, V.İ.Razdorski rəhbərlik etmişlər. 1926-1937 illərdə kafedraya professor M.V. Brjezitski rəhbərlik etmişdir.

Professor M.V. Brjezitski kafedranın əməkdaşları ilə birgə Azərbaycanın pambıq sahələrinin alaq bitkilərini öyrənmiş və onlara qarşı mübarizə metodlarını işləyib hazırlanmışdır.

Professor M.V. Brjezitski Azərbaycanda çəltik bitkisinin növ tərkibini, biologiyasını geniş öyrənmiş, bu haqda 12-dən çox elmi əsərlər yazmışdır. Bununla bərabər o, botanika kafedrasında anatomiya, morfologiya, sistematika fənnlərinin mühazirə materiallarını yazaraq makina çapından çıxarmışdır. Azərbaycanın Torpaq Narkomunun qərarı ilə professor M.V. Brjezitski, B.S.Serdyukov, M.A.Qasımov, A.M.Quliyev Xaldan və Göyçay rayonları ərazisində quru subtropik bitkilərin əkin sahələrinin artırılması üçün geniş elmi-tədqiqat işləri aparmışlar.

İşlədiyi dövrdə İnstitutda botanika kabinetlərinin və milli kadrların yetişdirilməsində böyük əməyi olmuşdur. O, 1930-cu ildə İnstitutun tədris işləri üzrə rektor müavini vəzifəsində işləmişdir. Kafedrada müxtəlif dövrlərdə digər görkəmli botaniklərdən V.Kislyakovski, V.Ulyanişev, S.Osmanzadə, M.Bayramov müəllimlik etmişlər. Kafedranın  elmi-pedaqoji kadrların inkişafında görkəmli botaniklər P.M.Jukovski, A.A.Fyodorov, A.A.Yatsenko-Xmelevski, A.Q.Doluxanov və s. böyük əməkləri olmuşdur.

Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Botanika kafedrası Qafqazın mərkəzi olan Gəncə şəhərində yerləşdiyi üçün bütün dünyanın görkəmli botanikləri çöl ekspedisiyalarında iştirak edib sonra isə Botanika kafedrasında həmin elmi araşdırılmalarını həyata keçirmişlər.

A.A.Yatsenko-Xmelevskinin və A.Q.Doluxanovun şəxsi xatirələrində qeyd edirlər ki, Gəncədə yerşələn Kənd Təsərrüfatı İnstitutunun Botanika kafedrası bizim doğma evimizə çevrilmişdir. Biz Talışda, Böyük və Kiçik Qafqazda botaniki ekspedisiyalarından sonra həmən kafedrada herbarilərin təyin edilməsi, elmi məsləhətlərin alınması, yerli şəraitin geomorfoloji xüsusiyətlərinin öyrənilməsini həyata keçirirdik. Bəzən bu ekspedisiyalara azərbaycanlı tələbələrdə cəlb edilirdi. Belə tələbələrdən biri də akademik Validə Tutayuq, Həsən Əliyev və b. var idi.

Validə xanım öz xatirələrində qeyd edirdi ki, mənim bir alim formalaşmağımda görkəmli rus alimləri ilə birgə çöl ekspedisiyalarında iştirak etməyim olmuşdur. Validə Tutayuq hələ tələbə ikən professor S.V.Krainski onu özünün bütün tədqiqatlarına və ekspedisiyalarına cəlb edirdi. Yerli meyvə sortlarının tədqiq edilməsi məqsədilə Zaqafqaziya zonasında aparılan ekspedisiya xüsusilə maraqlı və məhsuldar oldu. V.X.Tutayuq ekspedisiyada biqadir təyin olunmuşdu. Onun başçılıq etdiyi briqadaya müəyyən yaşayış məntəqələrinin meyvə bağlarını sərbəst tədqiq etmək tapşırığı verilmişdi.

Professor S.V.Krainski onu qozmeyvəlilər üzrə toplanmış materialın tədqiq edilməsi işinə cəlb etdi və onlar ikilikdə 100-ə qədər yunan qozu və fındıq bitkisinin təsvirini verdilər. Bu, V.X.Tutayuqun ilk elmi işi idi.

A.A.Qrossheym öz xatirələrində qeyd edirdi: «... Mənim bir botanik alim kimi formalaşmağımda Azərbaycanda və o cümlədən, Kənd Təsərrüfatı İnstitutunun Botanika kafedrasında fəaliyyətim böyük rol oynamışdır. O vaxtlar Gəncə Qafqazın elm mərkəzi sayılırdı ki, buradan Qafqazın hər dörd istiqamətinə qısa müddətdə ekpedisiyalar təşkil etmək olurdu».

Bu dövrlərdə artıq Moskva və Leninqradda kafedra üçün milli kadrlar hazırlanmağa başlanmışdır. Fenomenal tədqiqat qabiliyyətinə malik olmasını görən akademik P.M.Jukovski gənc tədqiqatçı kimi Validə Tutayuqa çoxləçəkli çiçəyi olan bitkilərlə, xüsusilə onun ən maraqlı orqanı – çoxləçəkli çiçəklə məşğul olmağı təklif etdi. Çoxləçəkli təbiətin nadir yetirməsi olmaqla özündə təkraredilməz gözəllik təcəssüm etdirdiyindən bəzək bağçılığında belə bitki yüksək qiymətləndirilir.

V.X.Tutayuqun namizədlik dissertasiyası «Şəbbükülündə çoxləçəkliliyin təbiəti» adlanırdı. O, bu obyekt üzərində birinci dəfə kiçik ixtira etdi: şəbbügülün xaricdən steril çoxləçəkli çiçəklərində ləçəyin içərisində tozcuqla birlikdə toz kisəciyi inkişaf edir. Şəbbügülündə çoxləçəklilik nişanəsi içərisində müəyyən faiz doxləçəkli nüsxələri olan adi çiçəyə malik toxumları vasitəsilə nəslə keçir.

K.A.Timirazev adına Kənd Təssərüfatı Akademiyasında aspiranturanı bitirdikdən sonra V.X.Tutayuq Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna qayıdır və 1939-cu ildən botanika kafedrasına başçılıq edir. Eyni zamanda, o, SSRİ-nin müxtəlif zonalarında örtülütoxumlu bitkilərin nümayəndələrində çoxləçəkli çiçəklərin tədqiqatını davam etdirir. Çoxləçəkli çiçəklərin öyrənilməsinə aid bütün materiallar bir yerə toplanaraq, doktorluq dissertasiyasında yekunlaşdırılır. «Çoxləçəkli örtülütoxumluların embriologiyası» adlı dissertasiya 1949-cu il mayın 11-də Leninqrad şəhərində, SSRİ Elmlər Akademiyası V.L.Komarov adına Botanika İnstitutunun elmi şurasında müdafiə edilir. V.X.Tutayuq 35 yaşında biologiya elmləri doktoru adını alan ilk azərbaycanlı qadın olmuşdur.

V.X.Tutayuq 1959-cu ilin avqustunda Kanadada (Monreal) keçirilən botaniklərin Beynəlxalq konqressində çoxləçəkli çiçəklərin çoxillik tədqiqatının nəticələrinə dair məruzə ilə çıxış etmişdir.

Botaniklərin Beynəlxalq konqresindəki məruzəsi və «Çoxləçəkli çiçəklərin quruluşu» monoqrafiyasının dərc edilməsi müəllifi və onun tədqiqatlarını nəinki Sovet İttifaqının müttəfiq respublikalarında, hətta bir sıra xarici ölkələrdə də tanıtdırdı. Monoqrafiyaya dair onun ünvanına genetik Stebbins (Kaliforniya Universiteti, Berkli), Conson (Kaliforniya Universiteti, Los-Anjeles), anatom Katerin Ezau (Harvard Universiteti Biologiya İnstitutunun direktoru), Marri Teylor (Vaşinqton), Londondakı Britaniya təbiət müzeyindən prof. C.Dandi, Yerusalim universitetindən prof. Faan, prof. Mostovoy (Çexoslovakiya), görkəmli alim Qyude Mişel (Fransa) və başqa tanınmış alimlərdən rəylər gəlirdi.

Milli kadrlarımız nəinki botanika kafedrasının formalaşmasında o cümlədən də, Azərbaycanda botanika elminin inkişafını təmin edirdilər. Bu baxımdan 1957-ci ildə  V.Tutayuq Azərbaycan EA-nın Botanika İnstitutuna direktor təyin olunur. Botanika kafedrasına isə 1957-1962-ci illərdə akademik Ə.M.Quliyev rəhbərlik edir. 1962-ci ildən ömrünün sonuna qədər (1980-ci ilə kimi) qayıdıb, kafedraya yenidən rəhbərlik etmişdir.

Ə.M.Quliyevin kafedraya rəhbərlik etdiyi dövrlərdə yüksək məhsulda qarğıdalı və toxumluq yonca sortlarının alınması üzərində  də elmi işlər aparılmış, kənd təsərrüfatı bitkilərinin ekperimental mütagen formalarının alınması üsulundan istifadə edərək H.Aslanov, L.Qarayev və b. ilə birlikdə yoncanın, pambığın və qarğıdalının yeni sortlarının əldə edilməsi, üzərində işləmişlər. T.Y.Cəfə  rova paxlalı yem bitkilərinin biologiyasının və becərilməsinin öyrənilməsi üzərində tədqiqat işi aparmışlar.

Kənd təsərrüfatı elmlərinin inkişafında, yüksək ixtisaslı kənd təsərrüfatı kadrlarının, habelə elmi kadrların hazırlanmasında yüksək xidmətlərinə görə akademik Ə.M.Quliyevə və V.X.Tutayuqa əməkdar elm xadimi adı verilərək bir sıra orden və medallarla təltif edilmişlər.

Kafedra alimləri kənd təsərrüfatı istehsalına kömək işlərində yaxından iştirak edirlər. V.X.Tutayuqun rəhbərliyi altında Kiçik Qafqazın və Qərb rayonlarının otlaq sahələrinin, Naxçıvan MSSR-nin otlaqlarının geobotanika tədqiqatı aparılmış və onların yaxşılaşdırılmasına dair təkliflər hazırlanmışdır.

Akad. V.X.Tutayuk Azərbaycanda ilk dəfə olaraq bitki anatomiyası və mor­fo­logiyası, sitologiyası və filogeniyası sahəsində elmi işləri bu kafedrada aparmış və Azərbaycan bitki anatomiyası məktəbini yaratmışdır.

Bundan başqa akad.V.X. Tutayuk Azərbaycan dilində ilk «Bitki anatomiyası və mor­fologiyası» (1958, 1967, 1979) dərsliklərini yazmışdır. Sonralar bu dərslik rus dilində (1972,1980) Moskva şəhərində, gürcü (1984) və başqa dillərə tərcümə edilmişdir.

Akad. V.X.Tutayukun rəhbərliyi altında Ü.M.Ağamirov, G.M.Ağayev, İ.Qədirov, S.A.Qədimova, L.Sadıqova, L.V.Turçaninova, C.Bağırov, B.Mehtiyeva, B.M.Əliyev, G.N.Allahverdiyev, Z.İ.Hümbətov, Z.X.İsmayılova və b. müxtəlif iqlim torpaq şəraitində bitən ağac, kol, bəzək, meşə yem bitkilərinin morfo-anatomik və ekoloji xüsusiyyətləri, ağac, kol bitkilərinin assimilyasiya etməyən orqanlarındakı yaşıl plastidlərin təbiəti, talış meşələrinin üçüncü dövrü nümayəndələrinin morfo-anatomik morfoloji xüsusiyyətlərinin öyrənilməsi, «Örtülü toxumluların mənşəyi və onların qədim qrupları», «Çiçəyin teretologiyası», talışın ağac reliktləri və s. əsərlərin yazılması ilə nəticələnmişdir.

1980-89-cu illərdə prof. V.Ş.Quliyev, 1989-98-ci illərdə isə kafedraya Moskva Kənd Təsərrüfatı Akademiyasının yetir­məsi olan  professor Ə.V.Əlizadə rəhbərlik etmişdir.

Prof. V.Ş.Quliyev rəhbərliy etdiyi dövrdə ölkəmizin yay və qış otlaq sahələrinin pasportlaşması üzrə böyük elmi ekspedisiya təşkil olunmuşdur. Kafedranın nəzdində 75 ha-dan ibarət böyük Dendroloji bağ yaradılaraq, burada

Prof Ə.V.Əlizadə Azərbaycanın taxıl  növlərinin botaniki tərkibinin öyrənilməsi və yeni məhsuldar buğda sortlarının əldə edilməsi problemi üzərində çalışmışdır. Onlarca elmlər namizədləri və doktorlar yetirmişdir.

Rus alimlərindən akademik A.A.Qrossheym, prof. M.B.Breyizitski, B.S.Serdyukov, A.V.Petrova uzun müd­dət bu kafedrada işləyərək dənli, quru subtropik bitkilər, zəhərli və zərərli bitkiləri geniş öyrənərək fundamental əsərlər yaratmışlar.

Müxtəlif illərdə kafedraya akademik V.X.Tutayuk və akademik Ə.M.Quliyev rəhbərlik etmişlər. Məhz bu alimlərin rəhbərliyi sayəsində kafedra dünyada tanınan botaniki tədqiqat mər­kəzinə çevrilmişdir.

1954-cü ildən başlayaraq akad. Ə.M.Quliyevin sonralar isə akademik V.X.Tu­ta­yukun rəhbərliyi sayəsində Azərbaycanın bütün əraziləri geobotaniki təd­qiq edilərək küllü miqdarda herbari toplanaraq kafedrada saxlanılır.

Akad. V.X.Tutayuk Azərbaycanda ilk dəfə olaraq bitki anatomiyası və mor­fo­logiyası, sitologiyası və filogeniyası sahəsində elmi işləri bu kafedrada aparmış və Azərbaycan bitki anatomiyası məktəbini yaratmışdır.

Bundan başqa akad.V.X. Tutayuk Azərbaycan dilində ilk «Bitki anatomiyası və mor­fologiyası» (1958, 1967, 1979) dərsliklərini yazmışdır. Sonralar bu dərslik rus dilində (1972,1980) Moskva şəhərində, gürcü (1984) və başqa dillərə tərcümə edilmişdir.

1980-89-cu illərdə prof. V.Ş.Quliyev, 1989-98-ci illərdə isə kafedraya Moskva Kənd Təsərrüfatı Akademiyasının yetir­məsi olan  professor Ə.V.Əlizadə rəhbərlik etmişdir. Prof Ə.V.Əlizadə Azərbaycanın taxıl  növlərinin botaniki tərkibinin öyrənilməsi və yeni məhsuldar buğda sortlarının əldə edilməsi problemi üzərində çalışmışdır. Onlarca elmlər namizədləri və doktorlar yetirmişdir.

2000 ci ildə   Botanika kafedrası “Bitki fizyologiyası və mikrobiologiyası” kafedrası ilə birləşdirilərək  “Botanika və bitki fizyologiyası” kafedrası adlanır.

Kafedrada 100 minə yaxın herbari fondu saxlanılır. Bu herbarilər elmi su­rətdə təyin edilmiş  əsasən Kəlbəcər-Laçın ərazisindən toplanmışdır.

1998-ci ildən kafedraya biologiya elmləri doktoru, dosent Z.İ.Hümbətov rəh­bər­lik edir. Z.I. Hümbətov 120-dən artıq elmi məqalə, dərslik və dərs vəsaitinin müəllifidir. «Bitki anatomiyası və  morfologiyası» dərsliyinin (2002) müəllifidir.

 Bir sıra beynəlxalq konqreslərdə (Türkiyə, İsveçrə, Portuqaliya, Rusiya) elmi məruzələrlə çıxışlar etmişdir. Azərbaycanda ilk dəfə olaraq «Bitki anatomiyası və morfologiyası», «K/t biologiyası», «Aqrogeobotanika» ixtisasları üzrə magistra­tu­ra kursunu yarat­mışdır. İndi bu ixtisaslar üzrə bir neçə xarici ölkələrdən ma­gistrlər təhsil alırlar. Əsas tədqiqat işi bitki anatomiyası və moflogiyası, palinologiyası təbiətin mü­hafizəsi və etnobotanika sahələrini əhatə edir.

Hazırda  kafedrada  botanika, geobotanika, k/t biologiyası, bitki fiziologiyası,  mikrobiologiya, biotexnologiya, bitki biyokimyası, aqrometerologiya, metrologiya və iqlimşünaslıq  fənləri azərbaycan və rus dilində tədris olunur.

 

Mütəxəssis hazırlığı aparılan ixtisaslar və onların mahiyyəti

 

Biologiya bütün  həyati hadisələri, canlıların quruluş və funksiyalarını, onların təbii qruplaşmalarını, yayılmasını, mənşəyi və inkişafını bir-birilə, eləcə də cansız təbiətlə əlaqəsini öyrənir.

 

Magistr pilləsi üzrə ixtisaslar

  1. Kənd təsərrüfatı bitkilərinin anatomiyası və morfologiyası
  2. Aqrogeobotanika
  3. Biologiya və kənd təsərrüfatının əsasları

Kafedranın maddi texniki bazası

 

Kompüterlərin sayı – 11 ədəd

Noutbuklar – 2 ədəd

Printerlər – 3 ədəd

Proyektorlar – 3 ədəd

Ağıllı lövhə – 1 ədəd

Mikroskoplar – 36 ədəd (işıq və elektrik mikroskopları, 2 – elektron)

 

Kafedranın elmi istiqaməti

 

Azərbaycanın strateji əhəmiyyətli yabanı və mədəni bitkilərinin bioekoloji xüsusiyyətləri və introduksiyası

 

Kafedranın professor-müəllim heyəti