Aqrobiznes və idarəetmə fakültəsi

Aqrobiznes və idarəetmə fakültəsində növbəti elmi şura keçirildi

Bu Aqrobiznes və idarəetmə fakültəsinin iş planında nəzərdə tutulan növbəti elmi şura keçirildi. Elmi şuranın sədri fakültə dekanı Əlöysəd Əsgərov iclası açaraq gündəlikdəki məsələləri səsləndirdi. Elmi şuranın gündəliyində kurs işlərinin müdafiəsinin nəticələrinin müzakirəsi, buraxılış işləri və magistrlik dissertasiyalarının yerinə yetirilmə səviyyəsi, yay imtahan sessiyasına hazırlığın vəziyyəti və müxtəlif cari məsələlər müzakirə edildi. Kafedra müdirləri çıxış edərək kurs işlərinin müdafiəsi ilə bağlı ciddi bir problem olmasa da buraxılış işlərinə tələbələrin nisbətən zəif hazırlaşdığı vurğuladı. Bunu nəzərə alaraq tələbələrə buraxılış işləri ilə bağlı bir daha xəbərdarlıq edilməsi qərara alındı.  Yay imtahan sessiyasına hazırlığın vəziyyəti və cari məsələləri müzakirəsi ilə elmi şuraya yekun vuruldu.