Aqrobiznes və idarəetmə fakültəsi

Azərbaycan Dövlət Aqrar Universitetinin fakültələrində ilin uğurlarından danışılıb

           Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il şənliyi Azərbaycan Dövlət Aqrar Universitetində böyük coşqu ilə qeyd edilib. Bir neçə gün əvvəl Yeni il gecəsi keçirilib, tələbələrlə rektorluq yeni istifadəyə verilən tələbə evinin həyətində bayram təntənəsini yaşayıblar. Silsilə tədbirlərin davamı olaraq bütün fakültələrdə isə ötən ilin uğurları təhlil edilib, qarşıda duran vəzifələr dilə gətirilib.

          Aqrar İqtisadiyyat,  Aqrobiznes və İdarəetmə fakültələrinin professor-müəllim kollektivi də bayram ərəfəsində bir araya gəlib, ilin uğurlarına nəzər salınıb, problem və nöqsanların aradan qaldırılması yolları müzakirə edilib. Universitetin rektoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov tədbirdə çıxış edib, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dəyərindən, tarixi mahiyyətindən danışıb, kollektivi təbrik edib. Ötən ilin uğurlarından söz açan rektor İbrahim Cəfərov mövcud nöqsanları da nəzərə çatdırıb və qarşıda daha mühüm vəzifələrin olduğunu, bugün aqrar sahəyə bazar rəqabətli kadrlar hazırlamağın əsas hədəf götürüldüyünü bildirib.

       Hər iki fakültənin professor və müəllimləri də çıxışlarında əldə edilən nailiyyətlərin daha da artırılması barədə fikir və təkliflərini səsləndirib, yeni ildə mövcud çatışmazlıqların aradan qaldıralacağına əminliklə söz veriblər.