Aqrobiznes və idarəetmə fakültəsi

ADAU-nun Tələbə yataqxanasında “9 noyabr Dövlət Bayraq günü”nə həsr olunmuş tədbir keçirilib

08.11.2016-ci il tarixdə Ictimai elmlər və multikulturalizm kafedrası ADAU-nun tələbə yataxxanasında "9 noyabr Dövlət Bayraq günü”nə həsr olunmuş tədbir keçirib. Tədbiri giriş sözü ilə açan kafedra müdiri prof. A. Bayramov ilk növbədə universitetin müəllim və tələbə heyətini, tədbir iştirakçılarını "9 noyabr Dövlət Bayraq günü” münasibətilə təbrik edib. Daha sonra O, ilk dəfə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı ilin noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunması haqqında qərarın qəbul edilməsini müstəqillik tariximizin ən şanlı səhifələrindən biri olduğunu qeyd etdi. Daha sonra müəllimlərdən dos. Ə. Kazımov, b/m A. Axundov, b/m. R.Xəlilov, müəl. E. Aslanov çıxış edərək Dövlət bayrağının Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrildiyindən danışmış, bayrağın azadlıq məfkurəmizə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirdiyini bildirmişlər. Sonda tələbələrə təşkilatçılar tərəfindən yüzdən çox Azərbaycan Respublikasının stolüstü bayraqları hədiyyə olaraq paylanıldı. Tədbir tələbələrdə böyük marağa səbəb olmuşdur.