Aqrobiznes və idarəetmə fakültəsi

Aqrar Universitetin Iqtisadiyyat Korpusunda Milli Qurtuluş günü qeyd edilib

       Azərbaycan Dövlət Aqrar Universitetinin İctimai elmlər və Multikulturalizm kafedrası Aqrar İqtisadiyyat və Aqrobiznesin idarə edilməsi fakültələri ilə birgə 15 iyun “Milli Qurtuluş Günü” nə həsr olunan tədbir keçirib.
     Tədbir Azərbaycan respublikasının Dövlət himninin səslənməsi ilə başlayıb. Sonra universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov 15 İyun – Milli Qurtuluş Günü münasibətilə iştirakçıları təbriklərini çatdırıb və bildirib ki, XX əsr Azərbaycan xalqının tarixinə Heydər Əliyev kimi güclü bir şəxsiyyəti bəxş edib. Azərbaycan dövlətçiliyinin xilaskarı kimi ulu öndər Heydər Əliyev, əzmi, zəngin dövlətçilik təcrübəsi, sarsılmaz iradəsi ilə qısa müddətdə elə bir hakimiyyət qurdu ki, həmin hakimiyyət ölkəmizi və xalqımızı qorumağı bacardı. 
     “İctimai elmlər və Multikulturalizm” kafedrasının müdiri dosent Azad Bayramov isə deyib ki, Azərbaycanın müstəqillik tarixində müstəsna yeri olan 1993-cü il 15 iyun – Qurtuluş günü güclü və müasir Azərbaycanın təməlinin qoyulduğu gün olmaqla bərabər, həmçinin xalqın yeni fəlakətlərdən və parçlanmaqdan qurtuluşudur. Ulu öndər Heydər Əliyevin “ Şah əsəri” olan müstəqil Azərbaycan Respublikası hər bir sahədə uğurla inkişaf edir və bu inkişaf prosesində Heydər Əliyevin parlaq şəxsiyyəti, dərin zəkası və uzaqgörənliyi daim görünür. 
    “Maliyyə və iqtisadi nəzəriyyə” kafedrasının müdiri, professor M. Hüseynov, “İctimai elmlər və Multikulturalizm” kafedrasının dosenti N. Əlizadə, müəllim S. Abdullayeva həmin dövrdə ölkədə baş verən hadisələrdən, xalqın tələbi və xahişi ilə ulu öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəlməsindən, Ümummilli Liderin dövlətçiliyimizin məhv olması təhlükəsinin qarşısının alınması istiqamətindəki səylərindən ətraflı danışıblar. 
     Tədbirdə Ulu öndərin həyat və fəaliyyətinə həsr olunan video çarx iştirakçıların böyük marağına səbəb olub.