Aqrobiznes və idarəetmə fakültəsi

"LAYİHƏNLƏ QATIL, KARİYERANI QUR"

Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası (AMTA) sənaye-universitet əməkdaşlığı çərçivəsində Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə birgə 24 noyabr-15 dekabr tarixlərində davam edəcək "Layihənlə Qatıl, Kariyeranı Qur" müsabiqəsinə başlandı.

Layihənin məqsədi universitet və aqrar sənayenin birgə əməkdaşlığının dəstəklənməsi, gənclərin aqrar sahəyə maraqlarının artırılması, gənclərin aqrar sahədə uğurlu kariyera qurmasının dəstəklənməsi, aqrar sektordakı əmək gücünün keyfiyyət və kəmiyyətinin artırılması, universitet tələbələrinin aqrar təhsilinə marağın oyanması, istedadlı tələbələrin müəyyən edilməsidir.

Müsabiqənin qalibləri 15 dekabrda ADAU-da baş tutacaq münsiflər heyəti tərəfindən müəyyən ediləcək və 10 ən yaxşı istedadlar mükafatlarla təltif olunacaqlar. Qaliblər təqaüdlə təmin olunmaqla yanaşı, ölkənin aparıcı istixanalarında iş təcrübəsi qazanacaq və işlə təmin olunma fürsəti əldə edəcəklər.

ADAU-nun Aqronomluq fakültəsi

Ünvan:  Gəncə şəhəri, Özan küçəsi, 208

tel: 022-256-81-15

mob:050-327-77-15

office@adau.edu.az