Aqrobiznes və idarəetmə fakültəsi

Fakültənin tarixi

Aqrobiznes və idarəetmə fakültəsi 17 oktyabr 2014-cü il tarixində yaranmışdır. Fakültədə “menecment”, “menecment (alman proqramı)”, “marketinq”, “biznesin idarə edilməsi”, “mühasibat uçotu və audit” ixtisasları üzrə kadr hazırlığı aparılır. “Menecment (alman proqramı)” beynəlxalq, xüsusilə Almaniyanın Vaynştefan Universitetinin təcrübəsinə əsaslanaraq hazırlanmış standart və tədris planını özündə əks edtirən bakalavriat proqramıdır. Qeyd olunan ixtisas üzrə təhsil alan tələbələrin əsas hissəsi Almaniyada 6 ay müddətində istehsalat təcrübəsi keçirlər.

Hazırda Aqrobiznes və idarəetmə fakültəsində bakalavriat səviyyəsində 580 tələbə təhsil alır.

Aqrobiznes və idarəetmə fakültəsinin binası 1848-ci ildə 3 mərtəbəli qotik üslubunda inşa edilib. 1870-ci ildə Yelizavetpol Qəzza gimnaziyası, 1920-30 illərdə orta və texniki peşə məktəbi, 1931-ci ildən isə Kənd Təsərrüfatı İnstitutunun balansına verilərək Aqrar iqtisadiyyat korpusu kimi fəalliyyət göstərib