Aqrobiznes və idarəetmə fakültəsi

Aqrobiznesin təşkili və idarə edilməsi

Kafedra müdiri: dosent Etibar İMAMVERDİYEV

Ünvan: Gəncə şəhəri, A.İsgəndərov küçəsi 64

Tel: (+ 994 22) 256 24 17

E-mail: info@adau.edu.az

“Aqrobiznesin təşkili və idarə edilməsi” adı ilə fəaliyyətini  davam etdirən (“Sosialist kənd təsərrüfatı müəssisələrində istehsalın təşkili”kafedrası) kafedra  1928-ci ildə Azərbaycan Politexnik İnsitutunun Aqronomluq şöbəsinin bazasında yaradılmışdır. Hazırda kafedrada bakalavriat səviyyəsində “biznesin idarə edilməsi”, magistratura səviyyəsində “biznesin təşkili və idarə edilməsi”, dokturanturada “sahə iqtisadiyyatı”, “ümumi iqtisadiyyat”  ixtisasları üzrə mütəxəssis hazırlığı aparılır.

Vaxtilə kafedrada çalışmış alimlər: Azərbaycan Respublikasının əməkdar iqtisadçısı prof. İslam Datiyev, dos. Məmməd Əfəndiyev, dos. Tofiq Bağırov, dos. Zahid Rzayev, dos. Məhərrəm Hacıyev, dos. İspəndiyər İsgəndərov, dos. Nəcməddin Əhmədov, dos. Ələddin İsgəndərov, dos. Aydın Cəfərov, dos. Abdulla Feyzullayev, dos.Cəmil Kərimov və  dos.Qafar Əkbərov, dos. Nofəl Qurbanov, dos. Vaqif Təhməzov və başqaları.

Kafedranın maddi texniki bazası:

  • 1 ədəd proyektorla təmin olunmuş mühazirə otağı
  • 3 ixtisaslaşdırılmış mühazirə otağı.

Kafedranın elmi istiqaməti: Kafedranın müəllim kollektivi təkcə tədris, tədris metodiki və elmi tədqiqat işlərinin aparılması ilə  kifayətlənməyib, istehsalata kömək məqsədi ilə  müəssisələrin istehsalat maliyyə planlarının və illik hesabatlarının tərtib edilməsində yaxından iştirak etmiş və onların hazırlanmasına köməklik göstərmişlər.

“Aqrar sahədə sahibkarlığın inkişafının innovasiyalı təşkilinin mövcud vəziyyəti və iqtisadi səmərəliliyi” mövzularında elmi tədqiqat  işi yerinə yetirilmiş və buna dair hesabat  ADAU-nun Elm şöbəsinə təqdim olunmuşdur. Aparılan elmi-tədqiqat işi ilə əlaqədar kafedra əməkdaşları universitetdə keçirilən elmi konfranslarda müxtəlif məqalələrlə çıxış etmişlər.

Professor müəllim heyəti: