Aqrobiznes və idarəetmə fakültəsi

Menecment və aqrar marketinq

Kafedra müdiri:  i.f.d. dos.əv. Asif HƏSƏNOV

Ünvan: Gəncə şəhəri, Adil İsgəndərov küçəsi 64

Tel: (+994 22) 256-96-54

E-mail: info@adau.edu.az

 

Kafedranın əsası 1977-ci ildən qoyulmuş və “Kənd təsərrüfatı istehsalının  idarəedilməsi və iqtisadi-riyazi üsullar” adlandırılmışdır. Kafedrada bakalavr səviyyəsindəmenecment”, “menecment (alman proqramı)” və “marketinq”ixtisasları, magistratura səviyyəsində  “menecment”, “marketinq” və MBA proqramları, doktorantura səviyyəsində “sahə iqtisadiyyatı” və “ümumi iqtisadiyyat”  ixtisasları üzrə mütəxəssis hazırlığı aparılır.

Vaxtilə kafedrada çalışmış alimlər: prof. İsa Əhmədov, dos. Mobil Abdinov, dos.  dos. Maya Verdiyeva,  dos. Zülfüqar Xəlilov, dos. Tofiq Bağırov, dos. Abbas Alıyev,  dos. Cəmil Əkbərov, dos. Laura  Hüseynova   və başqaları.

      Kafedranın maddi-texniki bazası

  • 2 ədəd mühazirə otağı
  • Kompyuter dəsti-4 ədəd
  • 2 çap qurğusu
  • Proyektor-2 ədəd
  • Internet (WIFI)

Kafedrada aparılan elmi-tədqiqat işlərinin istiqaməti: Hazırda “Aqrar sahənin istehsal strukturunun modernləşdirilməsində idarəet­mənin təkmilləşdirilməsi” mövzusunda elmi-tədqiqat işi yerinə yetirilir. Kafedra Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən maliyyələşdirilən elmi-tədqiqat layihələrinin yerinə yetirilməsində də iştirak edir. Hazırda bu istiqamətdə “Aqrar sahənin diversifikasiyasının iqtisadi qiymətləndirilməsi” mövzusunda qrant layihəsi üzrə tədqiqat aparılır.