Aqrobiznes və idarəetmə fakültəsi

Mühasibat uçotu və audit

Kafedra müdiri əvəzi: dos. Pərvin MUXTAROVA

Ünvan: Adil İsgəndərov küçəsi 64

Tel: 022-256-58-12

E-mail: info@adau.edu.az

 

Mühasibat uçotu və audit kafedrası 1959-cu ildə kənd təsərrüfatı müəssisələrinin təşkili kafedrasının bazasında təşkil olunmuşdur. Ona D.Şıxməmmədov rəhbərlik etmişdir. Bir ildən sonra kənd təsərrüfatının iqtisadiyyatı kafedrası ilə birləşdirilmişdir.1965-ci ildə sərbəst kənd təsərrüfatında mühasibat uçotu və statıstika kafedrası təşkil olunmuşdur. Kafedranın ilk təşkilatçısı iqtisad elmləri namizədi, dosent Rasim Fərrux oğlu Həşimov olmuş, 1965-1977-ci illərdə  kafedraya rəhbərlik etmişdir. Kafedrada bakalvriat səviyyəsində “mühasibat uçotu”, magistratura səviyyəsində “mühasibat uçotu və audit”, doktorantura səviyyəsində “sahə iqtisadiyyatı”, “ümumi iqtisadiyyat”  ixtisasları üzrə mütəxəssis hazırlığı aparılır.

Vaxtilə kafedrada çalışmış alimlər:  dos. Rasim Həşimov dos. Həsənəli Əlizadə, dos.Həmid İsmayılov, dos. Zərifə Bayramova, dos. Bəhruz Xəlilov, dos. Şivəxan Abdulov  və başqaları.

          Kafedranın maddi-texniki bazası:

  • Mühasibat uçotunun elektron tədrisi laboratoriyası
  • Ağıllı lövhə-1 ədəd
  • Proyektor- 1ədəd
  • Kompyuter-18 ədəd
  • Noutbuk-1 ədəd
  • İnternet (WIFI)

          Kafedranın elmi istiqaməti: Aqrar  sahədə istehsal strukturunun  modernləşdirilməsində uçot mexanizminin təkmilləşdirilməsi.

Mərhələlər:

  • 1.1.Aqrar sahədə istehsal strukturunun modernləşməsində MMUS-na uyğun müəssisənin uçot siyasətinin düzgün müəyyən edilməsinin rolu. – 2015-ci il
  • 1.2.Aqrar sahədə istehsal strukturunun modernləşməsində MMUS-na uyğun istehsal (idarəetmə) uçotunun və auditinin təşkil edilməsinin zəruriliyi.-  2016-cı il
  • 1.3.Aqrar sahədə istehsal strukturunun modernləşməsində MMUS-na  keyfiyyət göstəricilərinə uyğun hesabatın düzgün tərtib edilməsinin  səmərəliliyi. - 2017-ci il