Aqrar iqtisadiyyat fakültəsi

İctimai elmlər və Multikulturalizm

Kafedra müdiri: dosent Azad BAYRAMOV

Ünvan: Gəncə şəhəri, Adil İsgəndərov küçəsi 64

Tel: (+994 22) 256 94 53

E-mail: info@adau.edu.az

Azərbaycan tarixi fəlsəfə və hüquq  kafedrası 1929-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun yaradıldığı ilk günlərindən təşkil olunmuş ictimai elm kafedraları əsasında yaranmış və inkişaf etmişdir. 1958-ci ildən 2009-cu ilə kimi kafedranın adı müxtəlif dövrlərdə dəyişdirilsə də, bütün zamanlarda mərhum professor Əhməd Həsənov fasiləsiz 50 ildən artıq olaraq bu kafedranın müdiri olmuşdur.

Vaxtilə  burada çalışmış alimlər: t.e.d. prof. Ə.S.Sumbatzadə, t.e.d.prof. Ə.C. Məmmədov,  f.e.d. prof.Ə.M.Həsənov və başqaları.

Kafedranın  elmi - tədqiqat  mövzusu:  Kafedranın əməkdaşları 2015-2017-ci illər üzrə “Aqrar sahədə istehsal strukturun modernləşməsinə elmi yanaşmanın tarixi və inkişaf mərhələləri” mövzusunda elmi-tədqiqat işi aparırlar.

ADAU-nun Azərbaycan tarixi, fəlsəfə və hüquq kafedrasının əməkdaşları universitetlə yanaşı Gəncə şəhərində keçirilən tədbirlərdə fəal iştirak edirlər.  Buna  misal olaraq kafedranın “Yeni Nəsil” adlı tələbə elmi dərnəyinin Heydər Əliyev Mərkəzində Mirzə Şəfi Vazehin mozaikası önündə Mirzə Şəfi Vazeh yaradıcılığına həsr olunmuş, “Milli mənəvi dəyərlər və onların qorunub saxlanması” mövzusunda  tədbirlərini göstərmək olar.

Kafedranın əməkdaşları tərəfindən “Xocalı soyıqımı”adlı kitab hazırlanaraq nəşr olunmuşdur.

Professor-müəllim, laborant heyəti: