Aqrar iqtisadiyyat fakültəsi

“Kənd təsərrüfatında kooperasiyanın mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda elmi-praktik konfrans

Sizi Azərbaycan Dövlət Aqrar Universitetində Aqrar Tədqiqatlar Mərkəzi ilə birgə keçirilən “Kənd təsərrüfatında kooperasiyanın mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda elmi-praktik konfransda iştirak etməyə dəvət edirik.

Konfransın məqsədi: Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 14 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nın müvafiq bənlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi vəziyyətinin müzakirəsi, sahənin inkişafı məqsədilə həyata keçirilən sistemli tədbirlərin qiymətləndirilməsi və  elmi cəhətdən əsaslandırılmış təkliflərin verilməsindən ibarətdir. 

Konfransın bölmələri:

  • Kənd təsərrüfatı kooperasiyası sahəsində qlobal meyillər;
  • Kənd təsərrüfatında kooperasiyanın rolu və üstünlükləri;
  • Kənd təsərrüfatı kooperasiyası ilə bağlı informasiya-məsləhət xidmətləri;
  • Kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, satışı, maddi-texniki təchizat və digər xidmət sahələri üzrə kooperasiya;
  • Kənd təsərrüfatında kooperasiyanın stimullaşdırılması;
  • Kooperasiyanın normativ-hüquqi bazası;

 

Konfransın dili: Azərbaycan

Konfransın keçirilmə tarixi:10.03.2020

Məqalələrin göndərilməsi üçün son tarix: 05.03.2020

 

Məqalələrin tərtib olunmasına dair tələblər:

  • Məruzə mətnləri konfransın bölmələrinə uyğun tərtib edilməklə, Azərbaycan dilində (çap və elektron variantda) qəbul olunur;
  • Məruzə mətnləri 5 səhifəyədək, kompyuterdə MS Word formatında, Times New Roman şriftlə (hərflərin ölçüsü - 12 pt., interval - 1, abzas - 1.25), sətirdən-sətirə keçirilmədən yığılmalı, boş sahələrin ölçüləri soldan - 30 mm, sağdan, yuxarı və aşağıdan - 20 mm olmaqla, A4 formatlı standart kağızda çap olunmalıdır;
  • Məruzənin adı qalın, böyük hərflərlə (12 pt., interval - 1) səhifənin mərkəzində, növbəti sətirlərdə bir interval buraxmaqla məruzəçinin adı, atasının adı və soyadı adi kiçik hərflərlə, təşkilatın adı, şəhər, müəllifin elektron poçt ünvanı, mobil telefon nömrəsi, abzasdan, kursivlə kiçik hərflərlə ingilis dilində xülasə, 5-10 açar sözlər yazılmalıdır (10 pt., interval - 1).
  • Məruzədəki istinadlar nömrə və səhifəsi ilə birlikdə mətndə kvadrat mötərizədə [4, s. 213] verilməlidir. İstifadə olunmuş ədə­biyyatların siyahısı mətnin sonunda əlifba sırası ilə AAK-ın tələblərinə uyğun göstərilməlidir.

Ünvan: AZ 2000, Azərbaycan Respublikası, Gəncə şəhəri, Atatürk prospekti 450, Azərbaycan Dövlət Aqrar Universiteti, İnzibati bina, Elm şöbəsi, otaq 17.

Tel: (+99422) 266 23 85; 266 57 33

E-mail: elm.sh.adau@gmail.com

www.adau.edu.az