Aqrar iqtisadiyyat fakültəsi

ADAU-nun iqtisadçı alimləri Samuxda təlim keçib

ADAU-nun Aqrar iqtisadiyyat fakültəsinin "Maliyyə və iqtisadi nəzəriyyə" və "Aqrar sahənin iqtisadiyyatı" kafedrasının bir qrup professor, müəllim kollektivinin iştirakı ilə Samux rayon Dövlət Aqrar İnkişaf Mərkəzində növbəti təlim təşkil edilib.  Təlim zamanı torpaq mülkiyyətçilərinə "Aqrar sahədə sığorta fəaliyyətinin təkminləşdirilməsi mexanizmi” mövzusunda gərəkli bilgilər verilib.

Təlim sonrası sığorta, bitki mühafizəsi, heyvandarlıq üzrə təlimə cəlb edilən əməkdaşlar tərəfindən geniş fikir mübadiləsi aparılıb və iştirakçılar üçün maraq doğuran suallar cavablandırıb.