Aqrar iqtisadiyyat fakültəsi

Aqrar siyasət və dünya iqtisadiyyatı

Kafedra müdiri: dos. Əsli QURBANOVA

Ünvan: Gəncə şəhəri, Adil İsgəndərov küçəsi 64

Tel: (+994 22) 256 94 21

E-mail: info@adau.edu.az

1959-cu ildə sosialist kənd təsərrüfa­tı­nın iqtisadiyyatı kafedrası  adı ilə yaradılmışdır. 2009-cu ildən  Aqrar siyasət və dünya iqtisadiyyatı adla­nır. Kafedra bakalavriat səviyyəsində “iqtisadiyyat” və  “dünya iqtisadiyyatı” (ingilis dilində) ixtisasları, magistratura səviyyəsində “aqrar sahənin iqtisadiyyatı”,  “iqtisadiyyatın tənzimlənməsi” və “beynəlxalq  iqtisadi münasibətlər” ixtisaslaşmaları üzrə kadr hazırlığı aparılır.

Kafedra tərəfindən  ingilis dilində “dünya iqtisadiyyatı” ixtisası üzrə hazırlanan tələbələr təhsilin növbəti səviyyələrində və karyeralarında çoxlu uğurlar qazanmışlar.

Vaxtilə kafedrada çalışmış alimlər: Azərbaycan Milli Elmlər Akademiyasının və Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasının üzvü, iqtisad elmləri doktoru, professor Aydın Məmmədov,  professor Dilqəm Məhərrəmov; dosent Hacı Həsənov, dosent Vaqif Məmmədov, Firudin Ələkbərov və başqaları.

Kafedranın elmi istiqaməti: Elmi-tədqiqat işinin məqsədi aqrar sahədə innovasiyalı sahibkarlığın inkişafının müasir səviyyəsinin iqtisadi səmərəliliyinin və onun xüsusi çəkisinin artırılması istiqamətində mövcud olan potensial imkanları,  ixrac yönümlü sahibkarlığın inkişafının müasir səviyyəsinin iqtisadi səmərəliliyini, onun xarici ticarətdə xüsusi çəkisinin artırılması istiqamətində  mövcud  potensial imkanları müəyyənləşdirmək  və onların reallaşdırılması üçün  konkret təkliflər irəli sürməkdən ibarətdir. 

Kafedra AMEA-nın İqtisadiyyat İnstititu, AMEA-nın Gəncə Elm Mərkəzi, Bakı Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Mingəçevir Politexnik İnstitutu, Azərbaycan Kooperasiya Universiteti, Bakı Biznes Universiteti, Azərbaycan Texnologiya Universiteti, AETKTİ və Təşkili İnstitutunun müvafiq kafedra və şöbələri iıə elmi əməkdaşlıq edir.

Kafedranın maddi-texniki bazası: Kafedraya təhkim olunmuş auditoriyalarda  18 kompyuter dəsti, 2 proyektor və internetlə təmin olunmuşdur.

Professor-müəllim, laborant heyəti: