Rektor İbrahim Cəfərovun növbəti görüşü mühəndislik fakültəsinin 1-ci kurs tələbələri ilə olub

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun daha bir görüşü mühəndislik fakültəsinə qəbul olan 1-ci kurs tələbələri ilə olub. Görüşdə tələbələrlə yanaşı prorektor, fakültə dekanı və müəllimlər də iştirak edib.

Rektor İbrahim Cəfərov Mühəndislik korpusunda yaxşı və keyfiyyətli təhsil üçün hər şəraitin olduğunu deyib, maşın traktor parkında ən müasir kənd təsərrüfatı texnikasının cəmləşdiyini nəzərə çatdırıb. Bütün bunlarla yanaşı kifayət qədər müəllim potensialının olduğunu bildirən rektor onu da əlavə edib ki, oxuduğunuz illər sizin üçün çox dəyərli və səmərəli olacaq.

Dekan Cəmaləddin Məmmədov çıxışında öz dövrünün təhsil şəraiti ilə indiki vəziyyəti müqayisə edib və bu gün dövlətin aqrar təhsilə qayğısından söz açıb.

Tələbələrdən Əli Əliyev, Peykər İbrahimova və başqaları isə fakültədə yaradılan şəraitdən razılığını bildirib.