Öz laboratoriyanı yarat –tələbələr üçün Mini labdoc layihəsi Gəncə şəhərində həyata keçirilir

Azərbaycan Gənclər Fondunun dəstəyi  ilə  “Öz laboratoriyanı yarat–tələbələr üçün Mini labdoc” fərdi layihəsi çərçivəsində 18-19 aprel tarixində Gəncə şəhərində Universitet tələbələri üçün maarifləndirmə seminarı və praktik təlimlər keçiriir.

Seminar Azərbaycan Dövlət Aqrar Universitetinin tələbə evində keçirilib və ADAU-dan 50 nəfərdən çox  tələbə iştirak edib.  

Layihə rənbəri Aysel Rəhimli bildirib ki,  məqsəd  tələbələr, magistrlər, gənc elmi tədqiqatçıların fərdi inkişafı və öz ideyalarını alternativ olaraq reallaşdırmaları üçün Avropa ölkələrində istifadə olunan Mini labdoc təcrübəsinin tətbiq edilməsi, tələbələrin öz mini labaratoriyalarını özlərinin yaratmaları üçün onlara bilik və informasiyaların verilməsi və əyani olaraq nümunəvi mini labaratoriyanın qurulması, onlara modulların verilməsidir.

Tədbir çərçivəsində tələbələr, magistrlər üçün prezentasiyalar edilib, tələbələr Avropa universitetləri tələbələrinin isifadə etdikləri modullardan, təcrübələrdən istifadə etməyi öyrəniblər.

Beləliklə  inkişaf etmiş dünya ölkələrində tələbələr arasında tətbiq olunan bu metodlar, həyata keçirilmə üsulları, uğurlu praktikalar, bu sahədə qazanılan nailiyyətlər, bu metodların üstünlükləri haqqında bilik və informasiyalara yiyələnəcək və nəticədə onlar gələcəkdə bu metod və modullardan uğurla istifadə edəcəklər.