Glimmer Proqramının tələbələri üçün "Məzun günü" keçirilib

Azərbaycan Kənd Təsərrüfatı Tədris və İnkişaf Mərkəzinin (AgroCenter)  Azərbaycan Dövlət Aqrar Universitetində həyata keçirdiyi kənd təsərrüfatı sahələri üzrə Glimmer Tədris Təkmilləşdirmə proqramının 2018-2019-ci tədris illəri üzrə “Məzun günü” keçirilib. Aqronomluq fakultəsində təşkil olunan tədbirdə ADAU-nun rəhbərliyi, proqramın müəllim heyəti və əməkdaş şirkətlərin nümayəndələri iştirak edib. Universitetin rektoru, AMEA-nin müxbir üzvü, professor İbrahim Cəfərov çıxışında tələbələrə uğurlar arzulamış, kənd təsərrüfatı mütəxəssislərinin ölkə iqtisadiyyatında lazım və vacib rolunu qeyd etmişdir. Proqramı müvəffəqiyyətlə başa vuran tələbələr sertifikatlar və hədiyyələrlə təltif edilib.