Gəncədə YAP-ın 25 illiyinə həsr olunan intellektual yarış keçirilib

Gəncə şəhər İcra Hakimiyyəti və YAP Gəncə şəhər Təşkilatının birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının 25 illiyinə həsr olunan intellektual yarış keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu öndər Heydər Əliyevin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Yarışda şəhərin ali və orta ixtisas müəssisələrinin tələbələrindən ibarət hər birində 5 nəfər olmaqla 6 komanda qalib adı uğrunda mübarizə aparıb.

Yarışda hər sualın cavablandırılması üçün bir dəqiqə vaxt ayrılıb. Komandalar arasında rəqabət güclü olduğundan əlavə suallar da səsləndirilib.

Yarışın sonunda komandaların cavabları münsiflər heyəti tərəfindən qiymətləndirilib, qalib komandalar müəyyənləşdirilib. Azərbaycan Dövlət Aqrar Universitetinin komandası I yerə, Gəncə Dövlət Universitetinin komandası II yerə, Gəncə Musiqi Kollecinin komandası isə III yerə sahib olub.

https://www.yenigence.com/?p=59071