"Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik" mövzusunda məktəblilərin ikinci Respublika müsabiqəsi

         Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik mövzusunda illik marifləndirmə proqramı çərçivəsində məktəblilərin ikinci Respublika müsabiqəsinə yenə Gəncədə, Azərbaycan Dövlət Aqrar Universitetində start  verilib.

         Bu münasibətlə təhsil müəssisəsinin mühəndislik korpusunun həyətində təşkil edilən sərgidən əvvəl bildirilib ki,  Respublika Prezidentinin 2016-cı il 16 mart tarixli Sərəncamı ilə təsdiq olunan Kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair strateji yol xəritəsinə uyğun olaraq ekoloji təmiz kənd təsərrüfatı istehsalının inkişafı, təşkili üzrə pilot layihələrin hazırlanıb. Bu layihələrin və həyata keçirilməsi Təhsil Nazirliyi, Respublika Uşaq - Gənclər İnkişaf Mərkəzi tərəfindən reallaşdırılıb və sözügedən layihəni sürətləndirmək üçün respublikanın bir neçə bölgəsində işlərin icrasınına başlanılıb. Həmçinin deyilib ki, müsabiqənin məqsəd və vəzifələri Azərbaycanın aqrobiomüxtəlifliyinin qorunması və ekolofi təmiz kənd təsərrüfatı məhsullarının əldə edilməsində məktəblilərin fəal iştirakının təmin edilməsi və bu sahədə onların bilik və bacarıqlarının genişləndirilməsidir. 

Müsabiqə meyvəçilik, arıçılıq, heyvandarlıq, meşə məhsulları, tərəvəzçilik, subtropik bitkilər, gülçülük, dənli bitkilər, balaca fermer nominasiyaları üzrə keçirilib. Burada, ümumtəhsil və internat məktəblərinin 5-11-ci sinif şagirdləri, məktəbdənkənar təhsil müəssisələrinin şagirdləri iştirak ediblər. 

Görülən işlər münsiflər heyətinin qiymətləndirilməsindən sonra Respublika mərhələsinə vəsiqə alacaq. Respublika mərhələsinin qalibləri isə Təhsil Nazirliyi tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaq.