“Dünyagöz” Klinikasının həkim briqadası ADAU-da

Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Dünyagöz” Klinikasının həkim briqadası noyabrın 4-dən şəhər sakinləri üçün ilkin göz müayinəsi həyata keçirir. Klinikanın Türkiyədən olan heyəti sosial aksiya çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetinin Tələbə evinin qarşısında müəllim, tələbə və digər işçiləri üçün də ödənişsiz müayinə aparıblar. Müayinəyə gələnlərin hər biri də xidmətdən razı qalıb, aksiyanın təşkilatçılarına minnətdarlıq bildiriblər.

Qeyd edək ki, "Dünyagöz" Klinikası daima yenilənən mükəmməl texnologiyası, mühazirəçi və mütəxəssislərdən ibarət 2000-ə yaxın təcrübəli işçi heyəti ilə dünyanın bir neçə müstəsna tibb mərkəzləri arasında layiqli yerini tutub. Ən müasir tibbi avadanlıqlarla təchiz edilən klinika artıq 21 ildir fəaliyyət göstərir.