Danimarkalı ekspert  rektorla  görüşüb

 Azərbaycan Höküməti ilə Dünya Bankı  “Kənd təsərrüfatında risklərin qiymətləndirilməsi”  mövzusunda  birgə layihə həyata keçirmək niyyətindədir. Artıq  hazırlıq işləri yekunlaşmaq üzrədir və rəsmi təqdimat iyun ayına planlaşdırılıb.  Sənədlərin hazırlanması  çərçivəsində  Danimarkadan olan və Azərbaycana  ezam edilən ekspert  Karl Larsen aqrar sektorda təhsil və məsləhət xidmətlərinə aid tədqiqatını davam etdirməkdədir. Səfəri çərçivəsində Karl Larsen Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nı müxbir üzvü, professor İbrahim Cəfərovla görüşüb, qarşılıqlı fikir mübadiləsi aparılıb, ekspertin aparacağı işin  çərçivəsini əks etdirən  təlimatı müzakirə edilib, ADAU  rəhbərliyinin tövsiyələri dinlənlib.  Görüşün sonunda universitetin maddi-texniki bazası ilə yaxından tanış olan ekspert mövcud imkanları çox yüksək qiymətləndirib.