“Azərbaycanda intensiv bağçılıq: nailiyyətlər, perspektivlər, problemlər və həlli yolları” mövzusunda elmi-praktik konfrans

Sizi Azərbaycan Dövlət Aqrar Universitetinin təşkilatçılığı ilə “Azərbaycanda intensiv bağçılıq: nailiyyətlər, perspektivlər, problemlər və həlli yolları” mövzusunda elmi-praktik konfransda iştirak etməyə dəvət edirik!

Konfransın məqsədi:

Aqrar sahə ilə bağlı qəbul olunan dövlət proqramlarında meyvəçiliyin inkişaf etdirilməsinə xüsusi diqqət yetirildiyini nəzərə alaraq, müasir dövrdə bağlarda məhsuldarlığın artırılması üçün tətbiq edilən intensiv bağçılıq üsulunun üstünlükləri, hazırki vəziyyəti, əldə olunmuş uğurlar, fermerlərin qarşılaşdığı çətinliklər və elmi cəhətdən əsaslandırılmış ən yaxşı təcrübənin təbliği üçün əlverişli platformanın yaradılmasıdır.

Konfransın bölmələri:
İntensiv bağçılığa keçid və intensiv bağların salınmasında beynəlxalq təcrübə; tinglik təsərrüfatı
İntensiv bağların idarə olunması; maliyyə və kadr təminatı
İntensiv bağlarda tətbiq olunan suvarma, gübrələmə, budama və formavermə
İntensiv bağlarda bitki mühafizə tədbirlərində innovativ texnologiyalardan istifadə
İntensiv bağlarda məhsul yığımının düzgün təşkili və məhsulun saxlanması; logistika və marketinq
İntensiv bağlarda istehsal olunan məhsulların qablaşdırılması və ixracı

intensiv bağçılığın əhalinin ekoloji təmiz meyvə məhsulları ilə təmin olunmasında töhfəsi

Konfransın dili:                                                                      Azərbaycan

Konfransın keçirilmə tarixi:                                                  21 fevral 2020-ci il.

Məqalələrin göndərilməsi üçün son tarix:                          13 fevral 2020-ci il.

Məqalələrin qəbul edilməsinə dair bildirişin son tarix:     17 fevral 2020-ci il.


Konfransda elmi məruzələrlə iştirak etmək arzusunda olanlar üçün məqalələrin tərtibinə aşağıdakı tələblər qoyulur:

  • Məruzə mətnləri konfransın bölmələrinə uyğun tərtib edilməklə, çap və elektron variantda qəbul olunur.
  • Məruzə mətnləri 5 səhifəyədək, kompyuterdə MS Word formatında, Times New Roman şriftlə (hərflərin ölçüsü - 12 pt., interval - 1, abzas - 1.25), sətirdən-sətirə keçirilmədən yığılmalı, boş sahələrin ölçüləri soldan - 30 mm, sağdan, yuxarı və aşağıdan - 20 mm olmaqla, A4 formatlı standart kağızda çap olunmalıdır.
  • Məruzənin adı qalın, böyük hərflərlə (12 pt., interval - 1) səhifənin mərkəzində, növbəti sətirlərdə bir interval buraxmaqla müəllifin adı, atasının adı və soyadı, elmi dərəcəsi, vəzifəsi, iş yeri, elektron ünvanı və əlaqə nömrəsi bildirilməlidir.
  • Məqalənin sonunda onun yazıldığı dildən başqa iki dildə (Azərbaycan dilində yazılmış məqalələrə ingilis və rus dillərində, rus dilində yazılmış məqalələrə Azərbaycan və ingilis dillərində, ingilis dilində yazılmış məqalələrə isə Azərbaycan və rus dillərində) xülasə və açar sözlər (hər üç dildə) verilməlidir.
  • Məruzədəki istinadlar nömrə və səhifəsi ilə birlikdə mətndə kvadrat mötərizədə [4, s. 213] verilməlidir. İstifadə olunmuş ədə­biyyatların siyahısı mətnin sonunda əlifba sırası ilə AAK-ın tələblərinə uyğun göstərilməlidir.
  • Qoyulan tələblərə cavab verməyən məqalələr qəbul olunmayacaqdır.

    Ünvan:
    AZ 2000, Azərbaycan Respublikası, Gəncə şəhəri, Atatürk prospekti 450,
    Azərbaycan Dövlət Aqrar Universiteti, İnzibati bina, Elm şöbəsi, otaq 17.

Tel: (+99422) 266 23 85; 266 57 33

E-mail:  elm.sh.adau@gmail.com

              www.adau.edu.az