Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru gənc müəllimləri və tələbələri təbrik edib

Azərbaycan Dövlət Aqrar Universitetində Gənclər gününə həsr edilən tədbir keçirilib. Əvvəlcə Universitetin rektoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərovun bu gün münasibətilə imzaladığı əmr oxunub.
ADAU-nun mətbuat xidmətinin xəbərinə görə əmrdə göstərilib ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə ikinci dəfə qayıdışından sonra dövlət gənclər siyasətinin əsas qoyulub, 2 fevral “Gənclər Günü” kimi elan olunub. Həmin dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişib. Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 
Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri də Respublikamızın gəncləri kimi bu gün ictimai-siyasi həyatda fəal iştirak edir, dövlətçiliyimizin qorunmasında ölkə rəhbərinin daxili və xarici siyasətini dəstəkləyir. 
Bundan əlavə əmrdə göstərilib ki, Universitetin 26 nəfər gənc müəllimi, tələbəsi və digər əməkdaları təhsildə və tədris prosesində səmərəli işlərinə və 2 fevral-Gənclər Günü münasibətilə fəxri fərmanla təltif edilsin.
Sonda rektor İbrahim Cəfərov fəxri fərmanları və gülləri tələbələrə təqdim edib. Tələbə Aydan Novruzova isə təltif edilənlər adından göstərilən diqqətə görə minnətdarlığını bildirib.